AZ

Ötən gün 34 cinayətin üstünün açılması təmin olunub - DİN

Avqustun 27-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
49
sia.az

10Mənbələr