AZ

Ukraynada naməlum şəxs postda əsgərlərə atəş açıb

Ukryananın Lutsk şəhərində naməlum şəxs postda hərbçilərə atəş açıb, biri yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Volın vilayəti üzrə Milli Polisin Baş İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, hadisə bu gecə baş verib.

"Naməlum şəxs postda obyektin mühafizəsi üçün növbətçilik edən hərbi qulluqçulara naməlum silahdan atəş açıb. Hərbçilər cavab olaraq atəş açıblar. Bir hərbçi yaralanıb, o, xəstəxanaya çatdırılıb”, - məlumatda deyilir.

Polis atışmadan sonra naməlum şəxsin qaçdığını bildirib. Xüsusi polis əməliyyatı başlayıb, hücum edənin axtarışları davam edir.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
unikal.az

10Mənbələr