AZ

Qərbin Rusiya üçün Kursk tələsi: Nüvə düyməsinə basılacaqmı?

Avqustun 6-da Kursk vilayətinin sərhədində zəif hazırlanmış Rusiya müdafiə xətlərini keçərək, min kvadrat kilometrdən çox ərazini ələ keçirən Ukrayna Silahlı Qüvvələrinin bölmələri xeyli irəliləyib. Münaqişə növbəti mərhələyə daxil olub. Rusiya Ukrayna hərbçilərini ordan niyə çıxarmır: gücü çatmır, ya istəmir? Bu hücumun arxasında Qərbin dayandığı haqda ciddi iddialar mövcuddur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Rusiya üçün kifayət qədər çətin vəziyyət yaranıb:

“Kreml tam gücü ilə çalışır ki, hücum edən qüvvələri oradan çıxartsın. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı müşavirə keçirdi, hərbçiləri topladı, danışıqlar apardı. Lakin xüsusi irəliləyiş əldə olunmadı. Bu bütün dünyada Rusiyanın imicini yerlə bir edən haldır. Öz ərazisini müdafiə edə bilməyən ölkə necə qlobalı güc ola bilər? Rusiya hakimiyyəti daxilində müəyyən fikir ayrılıqları var. Ordu ilə FSB arasında gərginlik mövcuddur. Putin Kurskun azad edilməsini də elə FSB-yə tapşırdı”.

Politoloqun sözlərinə görə, səfərbərlik elan edən Rusiya sözügedən məsələdə kifayət qədər əziyyət çəkir:

“Bütün gücünü Kurska yönəldən Moskva uğur əldə edə bilmir. Bu, müharibənin dönüş nöqtəsidir. Rusiyanın “qırmızı xəttini” tapdalayıb, ərazisinə hücum etdilər. ABŞ-ın bu əməliyyatı dəstəkləməsi isə qəribədir.

Ukrayna ordusuna Rusiya ərazisini tutmaq üçün Britaniya silahından istifadəyə icazə verib. Rusiya bundan sonra məcbur qalıb nüvə silahından istifadə etməlidir. Yoxsa getdikcə daha çox hədəfə çevriləcək. Bəzi ekspertlər düşünür ki, Rusiya nüvə silahından istifadə etmək üçün qəsdən Ukraynanın hücumuna şərait yaradıb. Lakin buna görə kifayət qədər əsas var idi. Sanki Qərb Rusiyanın nüvə silahından istifadə etməsinə şərait yaradır. Bununla bağlı müəyyən planlarının olması da istisna deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
turkustan.az

10Mənbələr