AZ

Harrisin ABŞ prezidentliyinə namizədliyi rəsmiləşib

Harrisin

ABŞ-da Demokratlar Partiyasının Milli Konqresi 4-cü gündən sonra başa çatıb. Kamala Harris prezidentliyə namizədliyinin qəbulu ilə bağlı çıxış edib.

Reyting.az
-ın xəbərinə görə, Kamala Harris artıq Demokratlar Partiyasının prezidentliyə rəsmi namizədidir.

“Ölkəmi həmişə partiyamdan və özümdən üstün tutacağıma arxalana, Amerika xalqı üçün mübarizə aparacağıma əmin ola bilərsiniz”, - Harris çıxışında deyib.

Harrisin hədəfi həm də onun respublikaçı rəqibi Donald Tramp olub. Trampı özü və milyarderlər üçün mübarizə apardığı qədər orta təbəqə üçün də mübarizə aparmamaqda ittiham edən Harrisin sözlərinə görə, Amerikanın uğuru üçün güclü orta sinif çox vacibdir.

Harris çıxışında xarici siyasətə də yer verib. Bəyan edib ki, NATO və ABŞ həmişə müttəfiqlərini dəstəkləyəcək.

Trampı Rusiya prezidenti Vladimir Putini Ukraynanın işğalına təşviq etməkdə ittiham edən Harris deyib ki, hər zaman Ukraynanın tərəfində olacaq.

Qəzzada son vəziyyəti dəyərləndirən Harris vurğulayıb ki, prezident Co Baydenlə atəşkəs razılaşması üçün dayanmadan çalışırlar.

Harris Trampa işarə edərək deyib ki, Şimali Koreya lideri Kim Çen In kimi şəxslərlə yaxınlaşmayacaq.

Harrisin çıxışının sonunda onun həyat yoldaşı Daq Emhoff da səhnəyə çıxıb. Onun ardınca vitse-prezidentliyə namizəd Tim Valz və həyat yoldaşı gəlib. Beləliklə, 4 gün davam edən Demokrat Partiyasının Milli Konqresi başa çatıb.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
reyting.az

10Mənbələr