AZ

Borca görə axtarışda olan daha 94 nəfər saxlanıldı - BİR GÜNDƏ

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Korrespondent.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən, borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
49
korrespondent.az

10Mənbələr