AZ

Deputatlığa namizəd Günay Ağamalı Salyanda seçicilərlə görüşdü — VİDEO (FOTOLAR)

Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun fərdi yaşayış evində seçicilərlə görüşüb. 

Demokrat.az xəbər verir ki, Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Elçin Quliyev, könüllü Sudeyf Fərhadov namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər. 

Görüşdə çıxış edən Günay Ağamalı səmimi münasibətə və qonaqpərvərliyə görə seçicilərə təşəkkürünü və minnətdarlığını bildirib. 

O, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə ağsaqqallardan və ağbirçəklərdən, ziyalılardan, sadə insanlardan aldığı xeyir-duanın onda qürur hissi yaratdığını böyük məmnuniyyətlə etiraf edib. 

G.Ağamalı seçki platformasının əsas qayəsinin Salyan-Biləsuvar-Neftçala rayonlarında erkən nikah, peşə təhsili, şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, yaşlı və kimsəsiz ahıllara diqqətin yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi, sahibkarlığın və özəl sektorun inkişafına dəstək və digər məsələlər olduğunu söyləyib.

G.Ağamalı Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan da ətraflı söz açıb. 

Seçicilərlə görüşün əsas devizi kimi “Gəlin, birlikdə millətimizə, dövlətimizə sədaqətlə xidmət edək” olduğunu deyən Günay Ağamalı deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün səylə çalışacağını vurğulayıb. 

O, çıxışının sonunda seçiciləri qarşıdan gələn növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə çağırıb.  

Səmimi keçən görüşdə seçicilər Günay Ağamalıya sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə uğurlar arzulayaraq, ona səs verəcəklərini bildiriblər. Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir. 
















Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
demokrat.az

10Mənbələr