AZ

Qəzzada ölənlərin sayı 40,3 minə çatır


Ötən ilin oktyabrında Qəzza zolağında əməliyyatların başlanmasından indiyədək İsrail hərbçilərinin əməliyyatları nəticəsində 40,3 minə yaxın fələstinli həlak olub, 93,1 mindən çox fələstinli isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 40 265-ə, yaralananlarən sayı 93 144-ə çatıb”, - nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 42 fələstinli ölüb, 163 fələstinli yaralanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
yeniavaz.com

10Mənbələr