AZ

İsrail kəşfiyyatının rəhbəri HƏMAS-ın hücumu zamanı idarəsinin uğursuzluğunu etiraf edib

İsrail hərbi kəşfiyyatının rəhbəri, general-mayor Aaron Haliva istefa mərasimi zamanı ötən ilin oktyabrın 7-də ölkənin sərhədlərinin qorunmamasına görə məsuliyyəti öz üzərinə götürüb.

Olaylar xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

O, İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəblərini dərindən araşdırmaq üçün milli araşdırmaya çağırıb.

38 yaşlı veteran aprel ayında təqaüdə çıxdığını elan etsə də, indiyədək vəzifəsini icra edib.

2023-cü il oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın İsrail ərazilərini Qəzza zolağından kütləvi raket atəşinə tutması, həmçinin ölkənin cənubundakı sərhəd bölgələrini zəbt etməsi və insanları girov götürməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib.

Nəşr qeyd edir ki, bu vəziyyət əvvəllər faktiki olaraq güclü hesab edilən İsrail hərbi və kəşfiyyat xidmətlərinin reputasiyasını ciddi şəkildə sarsıdıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
5
olaylar.az

10Mənbələr