AZ

İlon Maskın evi satışa çıxarılıb

Milyarder və "SpaceX"in baş direktoru İlon Maska məxsus, Los-Ancelesdəki (ABŞ) "Bel-Air Country Club"a baxan malikanə 12.95 milyon dollara (təxminən 22 milyon manat) satışa çıxarılıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Mansion Global" məlumat yayıb.

Qeyd olunur ki, sahəsi 250 kvadratmetr olan malikanə 4 000 kvadratmetr torpaq sahəsində yerləşir. Evin panoram pəncərələri var və damda günəş panelləri quraşdırılıb. Ərazidə açıq hovuz da mövcuddur.

Məlumata görə, ev 1951-ci ildə memar Robert Berd tərəfindən tikilib. Mask bu evi 2013-cü ildə 6.75 milyon dollara (təxminən 11.5 milyon manat) alıb. 2020-ci ildə o, malikanəni rejissor Cordan Uoker-Perlman və həyat yoldaşı Elizabet Hanterə 7 milyon dollara satıb. Milyarder evi almaq üçün cütlüyə 6.7 milyon dollar (təxminən 11.4 milyon manat) borc verib, lakin onlardan binanın arxitekturasında əsaslı dəyişiklik etməmələrini istəyib. Bununla belə, Uoker-Pearlman ödənişləri gecikdirib və buna görə də əmlaka girov qoyulub.

Oğlu dünyaya gəldikdən sonra Mask mülkünün böyük hissəsini satacağını və öz evinə sahib olmağı planlaşdırmadığını bildirib. Sahibkar son evini 2021-ci ilin noyabrında satıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
4
hakimiyyet.az

10Mənbələr