AZ

Azərbaycanın ilin ilk yarısında təyyarə ilə sərnişin daşınmasından gəliri 900 mln. manata çatıb

Azərbaycanda hava nəqliyyatı üzrə sərnişindaşımalardan gəlir 2024-cü ilin ilk yarısında 899.72 milyon manata yüksəlib.

Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bu da 2023-cü ilin ilk yarısındakı nəticədən 262.2 milyon manat və ya 41 faiz yuxarı rəqəmdir.

Aviadaşıyıcıların gəlirlərindəki artıma əsas dəstək verən amil sərnişindaşımaların keçən ilin analoji dövrü ilə müqayisədə 580.9 min və ya 47 faiz çox olmasıdır. Dövlət Statistika Komitəsindən bildirilir ki, 2023-cü ilin birinci yarısında aviaşirkətlər 1 milyon 233.4 min sərnişin daşımışdılarsa, cari ildə bu rəqəm 1 milyon 814.3 min sərnişinə yüksəlib.

Beynəlxalq reyslər üzrə sərnişinlərin sayı 1 milyon 463.9 min, ondan gəlirlər isə 871.38 milyon manat olub.

Daxili reyslərdə sərnişindaşımanın sayı illik müqayisədə 9.7 faiz artımla 350.4 minə, gəlirləri isə 16.4 faiz artımla 28.33 mln. manata yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
banker.az

10Mənbələr