AZ

"BMW" 720 mindən çox avtomobilini geri çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman avtomobil istehsalçısı "BMW"nin qısaqapanma səbəbilə ABŞ-da 720 min 796 avtomobili geri çağırdığı bildirilib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) bəyanatında deyilir.

Bəyanata görə, "BMW" 2012-2018 model avtomobilləri geri çağırır. 

Bəyanatda bu avtomobillərdə su nasosunda düzgün bağlanmayan elektrik birləşmə hissəsinin suya məruz qalaraq qısaqapanmaya səbəb ola biləcəyi və qısaqapanmanın yanğın riskini artırdığı bildirilib. Qeyd edilib ki, dilerlər tərəfindən su nasosu və tıxac birləşdiricisi pulsuz yoxlanılacaq, zəruri hallarda dəyişdiriləcək, qoruyucu sipər quraşdırılacaq.

Açıqlamada vurğulanıb ki, oktyabrın 4-dən geri çağırışdan təsirlənən avtomobil sahiblərinə bildiriş göndərilməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
21
banco.az

10Mənbələr