AZ

32 yaşlı Məhəmməd Salah bu mövsümün sonunda "Liverpul"u tərk edəcək

app.update_app_description



Mövcud vəziyyətə əsasən, çox güman ki, "Liverpul"un 32 yaşlı cinah oyunçusu Məhəmməd Salah 2024/2025 mövsümünün sonunda, müqaviləsi başa çatdıqdan sonra mersisaydlıları tərk edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Liverpool Echo" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Nyukasl"ın 23 yaşlı vingeri Entoni Qordon "Liverpul"da misirli futbolçunu əvəz edə bilər.
Daha əvvəl mətbuatda cinah oyunçusunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Xatırladaq ki, Salah 2017-ci ilin yayında İngiltərə klubuna keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 350 matçda iştirak edib, 212 qol vurub, 90 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
32
oxu.az

10Mənbələr