AZ

Masallıda "Sahibkar statistika ilə bağlı nəyi bilməlidir" mövzusunda təlimatı-müşavirə keçirilib - FOTOLAR » AzadMedia.az



Masallı, 20 avqust — Azadmedia.az


20 avqust 2024-cü il tarixdə Masallı Rayon Statistika İdarəsinin təşkilatçılığı ilə Masallı Sənaye Məhəlləsində rayonda fəaliyyət göstərən sahibkarların iştirakı ilə "Sahibkar statistika ilə bağlı nəyi bilməlidir" mövzusunda təlimatı-müşavirə keçirilib.

Azadmedia.az-ın cənub bürosuna verilən məlumata görə, müşavirədə Masallı Sənaye Məhəlləsinin direktoru Yaşar Məcidov tərəfindən sahibkarların diqqətinə Sənaye Məhəlləsinin fəaliyyəti haqqında məlumatlar çatdırılıb.

Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə çıxış edərək qeyd edib ki, təlimatı-müşavirəni keçirməkdə məqsədimiz sahibkarların statistika sahəsində qarşılaşdıqları problemlərin öyrənilməsi və zəruri tədbirlərin görülməsidir.

Masallı Kob dostu Cavad Əzizov tərəfindən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər barədə məlumatlar təqdim olunub.

Masallı Rayon Statistika İdarəsinin əməkdaşları (Ü.Məmmədov, S.İsgəndərli və E.Əliyev) tərəfindən statistikanın mahiyyəti, vəzifələri, prinsipləri izah edilib, hesabatların təqdim olunma dövriliyi və qaydaları göstərilib, statistik məlumatların təqdim olunmaması və ya təhrif edilərək təqdim edilməsi hallarında tətbiq ediləcək inzibati xətalar haqqında məlumatlar verilib, "sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair" elektron arayışın onlayn əldə olunması yolları izah edilib.

Qeyd edək ki, donda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Seçilən
3
2
azadmedia.az

3Mənbələr