AZ

Polis generalı və yaxud:– Hardan başlayır vətən?

"Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun !

Prezident İlham Əliyev

Gəldiyim qənaət belədir: – Hər bir ölkənin döyüş qüdrəti onun şücaətli generalları ilə ölçülür, qarşılıqlı olaraq ge­ne­­rallar da Vətənə xidmət çərçivəsizliyində seçilirlər. Kim isə məndən general sözünün sinonimi so­ruşsa, düşünmədən söyləyərəm: vətənə əvəzsiz  xidmət.

Təsadüfi deyil ki, çoxları Vətən sevgisini bir ölkənin sər­həd­ bütövlüyünə mü­na­si­bət ba­xı­mın­dan an­layır, hal­bu­ki nə­fəs al­dı­ğı­mız ha­va, iç­di­yi­miz su, is­ti­fa­də­si­nə ya­ra­dı­ğı­mız, eh­ti­ya­cı­mı­zı ödə­di­yi­miz is­tənilən proses, vasitəli, ya vasitəsiz, həmvətənlərlə şə­rikli ol­du­ğu­muz hər hansı hadisə və­­­tən­dir!  

 Əgər Silahlı Qüvvələr sərhədləri xaricdən qoruyursa, polis ölkənin daxili mü­va­zi­nə­ti­ni stabil saxlayır. Hərbiçilərin uğur və səlnamələrindən hamı xəbərdar olsa da, polis əməkdaşlarının  rəşadəti, əsasən, cəmiyyətə açıqlanmır. Elə uyğun səbəbdən də polis haqqında  müvafiq düşüncələrimi oxucularla paylaşmaq qərarına gəlmişəm.

 Polisdən söz açıb polis generalından bəhs etməmək ona bənzəyər ki, ağacın meyvəsindən danışarkən onun təsnifatını unudasan. Daha dəqiq söyləsəm, mövzunu qələmə almağımın digər səbəbi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis idarəsində ayrı-ayrı ali rütbəli zabitlərin qəbulundan duyduğum məmnunluq hissidir.   

 Yanından sakitcə ötüşə bilmədiyim başqa hekayətlər də var, məsələn, son iki ayda – iyun, iyul, 2024 –  xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilmiş polislərin natamam taleyi... Bu kimi hadisələrin qürurverici tərəfi, istər-istəməz, insanın yadına ümummilli liderimiz Heydər Əliyevin məşhur kəlamını salır: “Qanı tökülən, döyüşlərdə qəhrəmanlıq göstərən gənclər müstəqil Azərbaycanın tərəqqisi və inkişafı uğrunda vuruşur və şəhid olurlar”.

Unutmaq lazım deyil ki, hərbi qüvvələrdən fərqli olaraq polis sülh şəraitdə də döyüşür.

1990-1993-cü illər idi. Bakı şəhərinin Rayon Polis idarələrindən birində müqavilə ilə kompyuter işi görürdüm. Bir dəfə təsadüfən səyyar radioqəbuledici vasitəsilə hansısa əməliyyatın izləndiyinin şahidi oldum. O zaman efirdən dinlədiyim tanıdığım, tanımadığım qarmaqarışıq səslər mənə əsl döyüş səhnəsini xatırlatdı.

Polis kimdir? O, hər hansı bədbəxtlik üz verəndə yanımızda gördüyümüz ilk kəsdir. Kənardan baxanda belə düşünülə bilər ki, polislərin hamısı eyni funksiyanı həyata keçirir, həqiqətdə isə belə deyil, bu dövlət xidməti sisteminin sıraları ixti­sas zənginliyilə doludur. Məsələnin mühüm cəhəti ondan ibarətdir ki, hər kəs məsul olduğu hadi­sə­yə, polis məsul olmadığı məsələyə görə də özünü cavabdeh hesab edir. O, və­tən­daşı olduğu ölkənin alternativsiz olaraq qoruyucu qüvvəsidir və öz bərpaedici vəzifəsinin köməyilə qanun pozun­tu­su­nun qarşısını alır.  

Əlbəttə, polisin üzərində yalnız  belə bir öhdəlik yoxdur ki, bəd əməllərə, niyyətlərə meyil etmənin kökünü kəssin, onlar, həm də  sadəcə, haqsızlığa səbəb olan hər hansı mümkün motivə qarşı labüd cəza şəklində daha güclü motiv nümayiş etdirərək pozulmuş hüquqları müdafiə edirlər.    

Hüquq ədalətsizliyə məruz qalmanın fonunda meydana çıxır və bildiyimiz kimi, bütün əməllər ədalətli və ədalətsiz olmaqla iki yerə ayrılır. Hər iki əməl gerçək dünyanın hadisələrinə aiddir, lakin məsələ ədalətli, yaxud ədalətsiz olmaqdan daha çox onlar arasındakı sərhəddin dəqiq müəy­yən­ləşdirilməsidir ki, icraçıdan yüksək intellekt, böyük vicdan tələb edir.

Bəşər əhli qanundan kənara çıxmamaq üçün birinci növbədə özü-özüylə razılığa gəlməlidir. Özü-özüy­lə razılığa gəlmək qabiliyyəti birinciləri bütün neqativ əməllərdən, həyatın öldürücü darıx­dı­rı­cı­lığından, sükutundan qoruyur. Cani özü ilə razılığa gəlməyi bacarmadığından cinayətə əl atır, hü­quq-mühafizə orqanları cinayətkarı özü ilə razılığa gətirmək üçün islah olmağa məcbur edir, deməli po­lis insanla onun özü arasında vacib körpünün yaradılmasına təşəbbüs göstərən ən mühüm or­qan­lardan biri və birincisidir.

 İnsanlar bir məsələnin əsl mahiyyətini bilməyəndə onu icra etməkdə çətinlik çəkirlər. Hadisənin əhə­­­miyyəti nə qədər böyük olursa, həyəcanverici əndişəsi də o qədər güclənir. Ayrı-ayrı şəxslərin timsalında bu kimi məsələlər qeyri-müəyyən vaxtdan bir baş verirsə, polislər uyğun çətinliyi gündə   neçə dəfə yaşayırlar. Onlar əksəriyyətin rahatlığını öz rahatsızlıqları bahasına təmin edir, hətta mə­qamı gələndə, yuxarıda qeyd etdiyimiz kimi, canlarını qurban verirlər.

Polisin fəaliyyətini öz üslübumla şərh etməkdə məqsədim təkcə yerli or­qan­lar tərə­fin­dən pozulmuş hüququmun polis generallarının göstərişilə bərpaedilməsi məsələsi deyil,  həm düşü­­nül­müş mərhəmət hissinin insan qəlbinə yol tapan gizli empatiyası, həm də qanunların aliliyinə qar­şı onların məndə oyatdıqları rəğbət duyğusudur.

 Həyatda sağ olan hər kəsin həmişə mərhəmətə ehtiyacı var, mərhəmət duyğusu öz növbəsində in­sa­nın varlığı hiss etmək xüsusiyyətindən irəli gəlir. Müəyyən bir cəmiyyətə başçılıq edən Şəxsin böyük keyfiyyətlərindən biri də mərhəmət hissidir, çünki xislət etibarıyla zəif insan haqlı etiraza belə çətinliklə taqət gətirir.

Mərhəməti mərhəmət umduğum  yerlərdə deyil, tamam başqa bir ün­van­da tapanda həll edə bilmədiyimə görə yaşadığım çətinliyin vahiməsi kölgədə qaldı. Bütün öm­rünü cinayət və cinayətkarın islahına həsr etmiş ali rütbəli polis zabitinin ləyaqətdən irəli gələn yüksək ehtiramla şikayətçini – məni dinləməsi həyatı yeni məzmunda dərk etməyimə stimul oldu və öz-özümə pı­çıl­dadım: – Dünyanın gedişatını düzgün qiymətləndirməyi bacarmayan, fərdi yanaşma prinsipindən yararlanmayan heç kəs rəhbərlik eləyə bilməz.

Fərdi yanaşma prinsipi deyərkən ağlımıza ilk gələn şagirdlərin təlim, tərbiyə, bilik və baca­rıq­la­rının formalaşması məsələsi olur, lakin bu üsulun yaradıcı xüsusiyəti digər hüquq-mühafizə or­qan­ları ilə birlikdə, hətta da  onlardan daha üstün şəkildə Polisin payına düşür. Cinayətin növündən, ağırlıq dərəcəsindən, şəraitindən asılı olaraq onların cani  ilə davranış formaları da fərdi və fərqli olur.

Təsadüfi deyil ki, ulu öndər H. Əliyev buyurur: – Polis peşəsi ağır peşədir. O, bir tərəf­dən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir.

Bu sadalanan keyfiyyətlər içində ən mühüm rolu təcrübə oynayır, çünki özünün seçim isti­qa­mə­tini və inkişaf tempini bilik şəklində əvvəlcədən müəyyən etmək insanın imkanı xaricindədir. Nəzərə alsaq ki, insanın daxili mahiyyətindən qaynaqlanan mücərrəd prosesi, yəni düzgün istiqamət seçi­minin özünü də ixtiyari təyin etmək şəxsin imkanı xaricindədir, o zaman polis generallarının  keçdiyi həyat yo­lu­na ancaq qibtə etmək olar. Onlar təcrübənin iyearxik inkişafı nəticəsində öz əməlləri üzə­rin­də yüksələrək tarixi fenomenə çevrilirlər.  Bu mənada ölkə daxilində həyata keçirilən kon­sti­tu­si­ya və yaxud məcəllə qanunlarının icra mexanizmi məhz ali rütbəli zabitlərin timsalında ümumbəşəri ideyalara yol açır. 

Məqaləni yazdığım ərəfədə bir neçə gün polis və generallar haqqında araşdırmalar aparmağım onların barəsində ayrı-ayrı ölkələrdə formalaşan neqativ fikirlərdən təəssüf  hissi keçirməyimə səbəb oldu və qeyri-ixtiyar üzümü sonunculara tutub soruşmaq istədim: – Görəsən, polis olmasaydı, bəşər əhli bir gün, hətta öz evində rahat yaşaya bilərdimi?!

Çoxillik həyat təcrübəmdən bilirəm ki, müxtəlif proseslərin tənzimlənmə Baş idarələrindən fərqli olaraq polis istənilən məsələdə ölkə vətəndaşlarının taleyinə iki qat məsuliyyətlə yanaşır. Onun xidməti vəzifəsinin leytmotivinimilli ideologiyaya söykənən vətənpərvərlik fəaliyyəti təşkil edir.

Azərbaycan polisinin keçdiyi tarixi yolu müəyyən amplitutada nəzərdən keçirməyim

V. Basnerin M. Matusovskinin sözlərinə bəstələdiyi və Mark Bernesin ifasında dinlədiyim min doqquz yüz altmış səkkizinci ilin ən məşhur nəğməsiniyada saldı: “Hardan başlayır Vətən?”

Bu sualın cavabları çoxdur, hamısını əsaslandırmadan da həqiqət adlandırmaq mümkündür, çünki vətən mücərrəd anlayış olduğuna görə onu hər kəs öz dərketmə qabiliyyətinin hüdudlarına uyğun olaraq başa düşür. Kiminə görə o, anadır, kiminə görə torpaqdır, digərinə görə toxunulmaz ərazidir.Vətən, həm də namusumuzdur, doğulduğumuz yerdir, vətəndaşlığını daşıdığımız ölkədir.Kimin onu necə başa düşməsindən və ya sevməsindən asılı olmayaraq Vətəni qorumaqmissiyası ilk növbədə polisin üzərinə məsuliyyət mükəlləfiyyəti qoyur. Birinci Qarabağ müharibəsinin başlanğıc aylarında ermənilərə qarşı ön cəbhədə döyüşənlərin – şəhid və yaralananların  çox hissəsinin polis olması buna əyani sübutdur. 

Ulu Öndərin “Azərbaycanın hər bir vətəndaşı dövlət üçün əzizdir” cümləsi, başqa sözlə, o deməkdir ki, cəmiyyətin dəyəri ayrı-ayrı  fərdlərin rifahı üçün yaradılan imkanlara görə ölçülür. Bu fikir sahədə qalan pambığın qədərini bilməkdən ötrü bir kvadtrat metrdən yığılan məhsulun ərazinin ümumi ölçüsü ilə hasilinin tapılmasına bənzəsə də, böyük həqiqətdir!  Çünki həmin fərdlərdən biri olan mən  hüquqlarımın pozulması nəticəsində son vaxtlar, özümü  köməksiz, mü­da­fiəsiz hiss edirdim, məhz polis generalının timsalında, müharibənin dayandırılması haqqında xoş xəbər almış döyüşçü misalı, daxili hü­zura qovuşdum və sual etdim:

– Əgər insan illərlə şərti pozulan hüquqlarının bəxş et­di­yi güvənsizlik ağrısını bir polis generalının timsalında onun: “Hər kəsin yaşamaq hüququ qanunla qorunur”, – deyə səsləndirdiyi müqəddiməni dinləməklə unudursa, bunu başqaları niyə etməsin?”

Nə gizlədim, bu ilin may ayında Bakı Şəhər Baş Polis idarəsində qəbulunda olduğum polis general-mayorunun xidməti otağından çıxandan sonra qaranlığa ya­dır­ğamış düşüncəm bir az da işıqlandı, iradəsiz idrak məni məhz həmin anlar üçün xarakterik olan xoşbəxtliyin üfüqlərinə doğru yüksəltdi.

Xoşbəxtlik demişkən... sən demə, polis “insanın insanlıqdan böyük vəzifəsi yoxdur” prinsipinə söykənərək sağlamlığın, ədalətin, azadlığın, maddi rifahın qorunması işinə xidmət göstərməklə xoş­bəxt­liyin də keşiyini çəkirmiş

Ən kiçik almanın diametrilə ən böyük astroidin diametri eyni həndəsi xassələrə malikdir, eləcə də, insanlıq hamıda eyni funksiyanı yerinə yetirir. Rəftarın süniləşdirilməsinə ehtiyac duyulmayan mə­qamlarda ilk nəzərə çarpan  məsul tərəfin davranışıdır. Bu zaman insan öz ixtiyarına buraxılaraq daxili mahiyyətin dili ilə danışır. Daxili mahiyyətin dili ilə danışan istənilən məmur artıq daşıdığı rütbənin müqəddəsliyinə  ən yüksək dəyəri özü  vermiş olur. Ən başlıcası, hüquqi problemlərin həllinə göstərdikləri xüsusi səy, “tərəzinin üstündən keçməmək” prinsipilə polis məmurları dövlətin və fərdin qarşılıqlı məsuliyyətini əyani şəkildə təsdiqləmiş olurlar. Azərbaycan Polisinə işıqlı sabahlar diləyilə.

 

Göyərçin Kərimi

AYB-nin üzvü

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
adalet.az

10Mənbələr