AZ

Aİ Bakını COP29 ərəfəsində İrəvanla sülh sazişi imzalamağa çağırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı (Aİ) noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə Brüsselin "EUobserver" portalı Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.
"Davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtıdır. Azərbaycan, COP29-un verəcəyi impulsdan istifadə edərək, Ermənistanla sülh sazişi imzalamalıdır", - nəşr AK nümayəndəsinin sözlərini sitat gətirir.
Bununla belə, portalın Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinə istinadən verdiyi məlumata görə, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına ciddi maneələr mövcuddur. Aİ-nin vicdanlı vasitəçi kimi mövqeyi isə sarsılıb.
XİN nümayəndəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymasının iki ölkə arasında əsl və davamlı sülh müqaviləsinin imzalanmasının zəruri şərti olduğunu vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
oxu.az

10Mənbələr