Əsas Səhifə > Sosial / Video > Binalara istilik nə vaxt veriləcək? -

Binalara istilik nə vaxt veriləcək? -


14-11-2017, 02:00.
title}
Binalara istilik nə vaxt veriləcək? -


Hər il noyabr ayının 15-i binalarda istilik sitemləri işə salınır. Hazırda isə hava nisbətən günəşli keçir. Bəs görəsən bu mövsüm evlərə istilik nə vaxtdan veriləcək? Vətəndaşlar istilik sarıdan problemlə üzləşəcəklərmi?

SİVİL.AZ
bildirir ki, bu il 3 min 750 yaşayış binasına istilik verilməsi planlaşdırılır. Ötən il texniki problemlər səbəbindən xəttə qoşulmayan 5 minə yaxın mənzil də istiliklə təmin olunacaq.

"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəhbəri Rafiq Əliyevin sözlərinə görə, artıq dağlıq rayonlarda mövsümə noyabr ayının birindən start verilib.

Hazırda 550-ə yaxın qazanxana hazır vəziyyətə gətirilib. İstilik məntəqələri, elektrik avadanlıqları, nəzarət-ölçü cihazları hazırdır.

Rafiq Əliyev həmçinin bildirdi ki, ötən il "Azəristiliktəchizat"ın qaynar xəttinə edilən zənglər araşdırılıb və məlum olub ki, mənzildaxili istilik sistemlərində müəyyən problemlər var. İnsanlar evlərini təmir edərkən ya xəttin yerini dəyişirlər, ya da payız-qış mövsümünə az qalmış sistemi yoxlatdırmırlar.
Onun sözlərinə görə, istiliyin verilməsində yaranan problemdən söhbət gedə bilməz.

Xidmət rəhbəri "Azəriqaz"la aralarında olan problemə də aydınlıq gətirib.
Qeyd edək ki, "Azəristiliktəchizat"ın illərdir "Azəriqaz"a borcu yaranıb. Bu günə qədər borcun yalnız bir qismi ödənilib. Beləliklə, hava şəraitindən asılı olmayaraq, mənzillər noyabrın 15-dən istiliklə təmin ediləcək. /xezerxeber.az
Geri qayıt