Yaddaş zəifliyinin əsas səbəbi məlum oldu

Xəbərin çap versiyası
Tarix: 17-12-2017, 14:00
Yaddaş zəifliyinin əsas səbəbi məlum oldu


Alimlərin araşdırması zamanı məlum olub ki, beyində hüceyrə toxumalarının yığılması qeyri-müəyyən bir törəmənin yaranmasına səbəb olur ki, bu da birbaşa yaddaş və düşünmə prosesini zəiflədir.

SİVİL.AZ
publika.az-a istinadən xəbər verir ki, "Proceedings of the National Akademiyası of Sciences" jurnalında dərc edilən araşdırmada, İngiltərənin Mançester Universitetinin tanınmış professoru Dr. Qartz J.S Kuper və digər mütəxəssislər iştirak edib. Kuperin rəhbərlik etdiyi bir qrup elm adamı iddia edir ki, insan beyninin zəifləməsinə səbəb olan əsas amillərdən biri beyindəki toxumaların nizamsız hərəkətidir. Həmin bu prosesin qocalıq sindromunun 7 növündən biri sayılan "Huntington" sindromu ilə birbaşa əlaqəli olduğu məlum olub.

Kuper ümumiyyətlə, bu növ sindromların əksər yaşlı nəslin nümayəndləri üçün keçərli olduğunu düşünür.

Tədqiqatçılar beyindəki çoxalma müddətini təhlil etmək üçün təkmilləşdirilmiş qaz və kütlə spektrometrindən istifadə ediblər. Normal insanlardan fərqli olaraq, bu sindromun daşıyıcılarında diqqət toplama 4 dəfə daha çox olur. Kuper qeyd edir ki, demansın inkişafının qarşısını alacaq dərmanlar üzərində işlər gedir:

"Dünya Səhiyyə Təşkilatı bu sahədə araşdırmalar aparır. Ümid edirik ki, bəlkə də bir gün demansın inkişafını dayandıracaq bir dərman icad ediləcək".

Demans - geri dönülməz sinir hüceyrələrinin itkisindən qaynaqlanan ağıl zəifliyi sindromudur. Yaddaşın itirilməsi və fiziki qabiliyyətlərin məhdudlaşması ilə müşahidə edilir.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz