Bu dərmanlar mədənizi deşə bilər - ÖZBAŞINA İÇMƏYİN!

Xəbərin çap versiyası
Tarix: 16-12-2017, 01:00
Bu dərmanlar mədənizi deşə bilər -


Qış aylarında soyuqdəymə, qrip və öskürək kimi hallar artdığı üçün bəzi dərmanların istifadəsi çoxalır. Amma mütəxəssislər bunun fəsadları olduğuna dair xəbərdarlıq edir.

SİVİL.AZ
-ın ailem.az-a istinadən məlumatına görə, türkiyəli həkim Orhan Sezgin qışda hər kəs tərəfindən çox istifadə olunan dərmanların səbəb olduğu problemlər barədə danışıb. O, bunun ciddi fəsadlar yaratdığını vurğulayıb: “Hava şərtlərinin dəyişməsi ilə əlaqədar müxtəlif xəstəliklər ortaya çıxır və bu səbəbdən insanlar həkim təyinatı olmadan dərman içməyə başlayırlar. Belə dərmanlardan birincisi ağrıkəsicilərdir. Bu ərəfədə sıxlıqla istifadə edilən ağrıkəsicilər mədə və bağırsağa zərər verə bilir.

Bundan başqa, yüksək hərarət olanda da insanlar müxtəlif qızdırmasalıcılardan istifadə edirlər. Bu dərmanlar da mədə-bağırsağa mənfi təsir edir. Hətta mədənin deşilməsinə belə gətirib çıxara bilər”.

Həkim deyir ki, yaz aylarında mədə və bağırsaq şikayətlərinin, həzmsizlik və qarın ağrısının artması adətən gözləmədiyimiz bir vəziyyətdir: “Bunu ortaya çıxaran səbəblərdən biri də havaların soyuması ilə insanlar arasında ağrıkəsici, qızdırmasalıcı dərmanların istifadəsinin artmasıdır. Bu dərmanların özbaşına və çox istifadəsi mədə və onikibarmaq bağırsaqda qanama və ya deşilmə kimi ciddi sağlamlıq problemlərinin yaşanmasına səbəb olan amillərdəndir”.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz