Bürclər - 8 DEKABR

Xəbərin çap versiyası
Tarix: 8-12-2017, 00:03
Bürclər -


SİVİL.AZ 8 dekabr tarixi üçün ulduz falını təqdim edir:

Qoç - başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz.

Buğa - bu gün çox uğurlu olacaq. Günün birinci yarısı xoş xəbərlərlə, böyük əhəmiyyət verdiyiniz münasibətlərin bərpası ilə əlamətdar olacaq. Bu vaxt tək köhnə romanın yenidən canlanması üçün yox, həm də işgüzar əməkdaşlığın bərpası üçün əlverişlidir. Günün ikinci yarısında yaradıcılıq potensialı artacaq, yeni başlanğıclar uğurlu olacaq. İntuisiyanız itidir və bu, özünü yaxınlarınızla münasibətlərdə göstərəcək. Sevdiklərinizi nəinki ağızlarını açan kimi başa düşəcək, həm də lazım olduğu anda onların köməyinə çata biləcəksiniz.

Əkizlər - istənilən faydalı fəaliyyət üçün çox münasib gündür. Odur ki, günü boş keçirmək lazım deyil. Nə qədər çox iş planlaşdırsanız, bir o qədər çox işin öhdəsindən gələcəksiniz və nailiyyətləriniz də daha böyük olacaq. Dotslarla görüş və romantik görüşlər üçün günün ortası daha münasibdir. Axşamı isə sakitlikdə keçirmək daha yaxşıdır. Gücünüzü bərpa etməyiniz və yeni həftəyə hazırlaşmaq lazımdır.

Xərçəng - həftənin ən əlverişli günləri hələ irəlidədir. Amma bu gün də pis deyil. Diqqətinizi planlaşdırmalara yönəldin. Bu gün belə işlər üçün çox münasibdir. Analitik qabiliyyətiniz açıq şəkildə ortaya çıxacaq. Bir çox Xərçənglər, nəhayət ki, çoxdandır diqqət tələb edən ailə işləri ilə məşğul ola biləcəklər. Övladlarınızın problemləri yarana bilər və onların həlli üçün şəxsən iştirakınız, eləcə də xərc lazım gələcək.

Şir -sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək, qısqanclıq və şübhələrlə bir-birilərinə əziyyət verəcəklər. Barışmaq isə olduqca çətin olacaq. Diqqəti işə cəlb etməklə uğurlar əldə etmək olar. Danışıqlar aparmaq, əməkdaşlığa başlamaq və işgüzar səfərlər üçün münasib gündür. İş partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin yekdil mövqeyə gələ biləcəksiniz. Həyat potensialı yüksək səviyyədə olacaq, ovqatınız pis olmayacaq.

Qız - sizi xoş və çox şey vəd edən görüş gözləyir. Bu gün baş verən hadisələri istənilən rəngdə görmək olar. Əsas məsələ sizin nəzər nöqtənizdən asılıdır. Heç olmasa, qismən obyektivlikdə dostlarınız sizə yardım edəcəklər. Odur ki, kəskinliyə və sözü üzə demələrinə görə onlardan inciməyin. Həddindən artıq ciddi olmayın. Bu gün vaxtınızı şən keçirmək, əylənmək, sevinmək üçündür. Yaxınlarınızla xırda anlaşılmazlıq və fikir ayrılıqları mümkündür. Lakin bunların hamısı boş şeylərdir və çox əhəmiyyət verməyə dəyməz.

Tərəzi - Həddindən artıq ziddiyyətli gündür. Gücünüzü düzgün hesablamaq çətin olacaq. Gözlənilməz təsadüf, hadisələrin ağlasığmaz şəkildə inkişafı planlarda köklü dəyişikliklərə vadar edəcək. Yersiz inadkarlıq göstərməyin, güzəştə getməyə hazır olun.

Əqrəb - sizin üçün uğursuz və çətin gündür. Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı münasibətlərindən baş çıxarmalı olacaqsınız. Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın. Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız.

Oxatan - gün kifayət qədər sakit keçəcək. Heç nə planlarınızın həyata keçirilməsinə mane olmur və bu, sevindirməyə bilməz. Çətin vəzifələrə, irimiqyaslı layihələrə girişmək olar. Siz köməkçi, müttəfiq və həmfikirləri asanlıqla tapacaqsınız. Həddindən artıq fiziki yük məsləhət deyil. İdmanla məşğul olmağı ya təxirə salmaq, ya da təcrübəli məşqçinin nəzarəti altında məşğul olmaq lazımdır. Yaxınlarınızla ünsiyyət, münaqişələrin həlli, uzun sürən mübahisilərə son qoyulması üçün əlverişli gündür.

Oğlaq - kifayət qədər çətin gündür. Birbaşa fəaliyyət göstərmək heç cür mümkün olmur, manevrlər etmək, fəndgirliyə əl atmaq lazım gəlir. Təəssüf ki, intriqalar meydanında bədxahlarınız daha yaxşı oynayırlar. İşgüzar danışıqlar üçün münasib gün deyil. Sizə təzyiq göstərmək istəyən yaxın adamlarla dil tapmaq xeyli çətindir. Maraqlarınızı müdafiə etmək üçün kifayət qədər sərt davranmaq lazım gələcək. Yaşlı nəslin nümayəndələri ilə münaqişələr mümkündür.

Dolça - çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız. Əgər onun öhdəsindən layiqincə gəlsəniz, maraqlı təkliflər və karyera yüksəlişi özünü çox gözlətməyəcək. Yeni partnyorların axtarışı, əməkdaşlığa başlamaq üçün pis gün deyil. Bu gün insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək asan olacaq. Maliyyə mənzərəsi əlverişlidir, investisiyalar və alış-veriş üçün pis gün deyil. Xüsusilə günün ikinci yarısında sevgidə bəxtiniz gətirəcək. Bu vaxt bəzi Dolçalar romantik görüşə yollanacaq, bəziləri isə sevdikləri şəxslə münasibətlərdə yeni məqamlar aça biləcəklər.

Balıqlar - günün ritminə uyğunlaşmaq, enerjinizi dinc məcraya yönəltmək çətin olacaq. Nəsə faydalı və vacib işlə məşğul olmaq istəsəniz də, bunun məhz hansı iş olduğunu müəyyənləşdirə bilməyəcəksiniz. Üstəlik, ideyalarınız dəstək qazanmayacaq. İdeyalarınızın həyata keçirilməsində nə qədər çox israr etsəniz, bir o qədər tez bir zamanda tək qalacaqsınız.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz