Özünüzü kişilərə belə sevdirin - Qadınlar oxusun

Xəbərin çap versiyası
Tarix: 8-12-2017, 00:40
Özünüzü kişilərə belə sevdirin -


Elə bir qadın olmaz ki, bu sualları öz-özünə verməsin: “Kişilər necə aşiq olur?”, “Kişilər nə zaman soyuyur?”, “Kişilər qadınlardan nə istəyir?”. Bu suallar içərisində itib-batan qadınlara bir neçə məsləhət var.

SİVİL.AZ
ailem.az-a istinadla həmin qadınlara özünü sevdirmək və münasibətini sülh şəraitində davam etdirmək üçün aşağıdakıları məsləhət görür. Özünü sevən, nə istədiyini bilən xanımlar, diqqətli olun.

1. Çox detallara vararaq danışmayın. Unutmayın ki, kişi sevgilinizlə qadın rəfiqəniz arasında çox fərqlər var. Kişilər çox zaman az danışırlar və qarşı tərəfdən də belə olmasını gözləyirlər.

2. İçkiyə meyliniz varsa və içən zaman necə davrandığınızı bilmirsinizsə, üstəlik, sevgilinizi daha yaxşı tanımırsınızsa, onun yanında içməyin.

3. Duyğularınızı çox bəlli etməyin, emosional davranmayın. Özünüzü alçaltmayın. Unutmayın ki, zamanla aranızda olan hörmət itə bilər.

4. Ən təbii halınızın ona necə böyük güvən verəcəyini və səmimi hiss etdirəcəyini düşünəcək qədər sadə və səmimi olun.

5. Azadlıqlarını əlindən almayın. Əksinə, o azadlığa daxil olun. Fərqli təcrübələr hər ikinizə yaxşı təsir edəcək.

6. Saçlarınız yağlıdırsa, ondan saçlarınızı tumarlayıb, öpməsini gözləməyin. Bunu tələb etməksə ağlınızın ucuna belə gəlməsin.

7. Çox uzun dırnaqlar antipatikdir. Kişilərin çoxu qoyma, süni və uzun dırnaqları soyuq, qeyri-səmimi hesab edir.

8. Yemək bişirə bilmirsinizsə, şansınızı artırmaq üçün mətbəxdə yaradıcılığa başlayın. Bacaraqcaqsınız! Unutmayın ki, kişi ovçudur və qidalanmaq onun işidir. Mətbəxdən uzaq qadınlardan kişilər də bir az uzaq dayanır.

9. Qürur bir kişinin yanında heç bir zaman daşıya bilməyəcəyi xarakterdir. Bu, hər iki tərəfə aiddir.

10. Onu dinlədiyinizi və düşündüyünüzü davamlı nümayiş etdirin. Bu hiss sizə olan bağlılığını gücləndirməkdə olduqca faydalıdır.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz