Çürük diş infarkt riskini artırır? - İDDİA

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 01:00
Çürük diş infarkt riskini artırır? -


Amerikalı alimlərin araşdırmalarına görə, dişlərin sağlamlığı ilə insan orqanizminin ən həssas orqanı hesab edilən ürəyin birbaşa əlaqəsi var.
Belə ki, ürək-damar xəstəliklərinin yaranması, inkişafı da məhz bununla əlaqəlidir.

SİVİL.AZ
xəbər verir ki, ABŞ alimləri gün ərzində dişlərin 3 dəfə təmizlənməsini dəstəkləməsə də, diş əti və ağız boşluğunun müntəzəm olaraq həkim nəzarətində yoxlanılmasının insan sağlamlığı üçün önəmli olduğunu deyir.

Bunun ürək-damar xəstəliklərinə yol aça biləcək bir çox faktoru aradan qaldırdığı deyilir. Damaq xəstəliklərinin ürək problemlərinə səbəb olması elmə məlumdur. Lakin insanlar bu iki patologiyanın əlaqəsinin səbəbini izah edə bilmirdi. Mütəxəssislərin son araşdırması zamanı isə məlum olub ki, bu halda əsas “günahkarlar” ağız boşluğunda yaşayan streptokok bakteriyalardır. Damaq xəstəliklərinin yaranmasına səbəb olan mikroorqanizmlər damaqdan qana keçir. Qana keçən mikro orqanizmlər qanda xüsusi zülal əmələ gətirir ki, bu da trombositlərin yapışmasına (laxtalanmaya) səbəb olur. Məhz bu üsulla bakteriyalar özünün müdafiəsini təmin edir. Lakin bakteriyalar ətrafında müdafiə səddi yaradan trombositlər immun sistemini qorumağa çalışır.

Zülal isə trombositlərin yapışqanlığını artırır və bununla da ürək xəstəlikləri inkişaf edir. (Publika.az)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz