Evli kisi ilə evli qadın dost ola bilərmi?

Xəbərin çap versiyası
Tarix: 15-11-2017, 09:30
Evli kisi ilə evli qadın dost ola bilərmi?


Qadınlarla kişilərin dostluğu hər zaman müzakirə mövzusu olub. Bəziləri bu dostluğun mümkünlüyünə inandığı halda, bir qisim inkar edir. Əsasən də güclü cinsin nümayəndələri qadınla kişi arasında təmiz dostluğun ola biləcəyinə şübhə ilə yanaşır. Viskonsin Universitetinin alimləri də evli kişi və evli qadınların dostluğu mövzusunda geniş araşdırma aparıblar.

SİVİL.AZ
araşdırmanın maraqlı nəticələrini təqdim edir.

Araşdırmanın nəticəsinə görə:

- Kişilər onlar üçün seksual cazibəsi olan qadınlarla dostluğa meyllidirlər. Kişinin dostluq etdiyi qadına ehtirası “sıfır” ola bilməz. Nə qədər gizlətməyə çalışsalar və inkar etsələr də, bu hiss hardasa üzə çıxır. Evli kişilər hesab edir ki, dost olduğu evli qadının da ona qarşı gizli ehtirası var, amma əksər hallarda belə olmur.

- Evli qadın başqa bir kişi ilə “sıfır” ehtiraslı dost ola bilər. Hər kəs dünyaya öz aləmindən baxdığından, qadının əri onu dostuna qısqanmağa meyllidir. Hesab edir ki, adamın onun arvadına qarşı (və arvadının ona qarşı) gizli ehtirası mütləq olmalıdır. Başqa sözlə, kişilər “sıfır” ehtiraslı kişi-qadın dostluğuna inanmırlar. Evli qadınlar isə bunu mümkün hesab edirlər.

- Evli qadın dost kişiyə “sıfır” ehtirasla yanaşırsa, hesab edir ki, qarşı tərəf üçün də belədir. Buna görə ərinin onu dostuna qısqanmasını anlamır. Yəni bu məsələdə iki fərqli dünyagörüşü toqquşur.

- Subay qadın da “sıfır” ehtiraslı dostluqda ola bilər. Amma bu kişi onun yeganə dostudursa, qadın onun potensial cinsi tərəfdaş (yaxud potensial ər) ola biləcəyini istisna etmir və buna ümid edir. (Ailem.az)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz