Hansı böyrü üstə yatmaq daha faydalıdır?

Xəbərin çap versiyası
Tarix: 15-11-2017, 02:00
Hansı böyrü üstə yatmaq daha faydalıdır?


Həkimlər hansı böyrü üstə yatmağın daha faydalı olmasından danışıblar. Ekspertlər sübut ediblər ki, sol böyrü üstə yuxulamaq daha faydalıdır.

SİVİL.AZ
bildirir ki, hansı böyrü üstə yatmaq müasir tibbdə ən çox mübahisə doğuran məsələlərdən biridir. Halbuki hər iki tərəfin "lehinə" və "əleyhinə" tutarlı dəlillər var. Lakin aparılan tədqiqatlardan sonra həkimlər belə nəticəyə gəliblər ki, bədənin sol tərəfi üstündə yatmaq daha faydalıdır.

Mütəxəssislərin rəyinə görə sol böyrü üstə yatmağın başlıca faydası qanın oksigenlə daha yaxşı doyması, həmçinin qan dövranının yaxşılaşmasıdır.

Bununla yanaşı, təkmilləşdirilmiş limfa cərəyanı orqanizmin təmizlənməsinə, həmçinin bədənin sağ tərəfində qan damarları ilə, heç bir basılma təhlükəsi olmadan qanın ürəyə doğru hərəkətinə kömək edir.

Mədəaltı vəzi və mədə sol tərəfə meyilli yerləşdiyindən sol böyrü üstə yuxulama onların işini tənzimləyir, həm də qıcqırma əmələ gəlməsi riskini azaldır.

Daim sol böyrü üstündə yatan diabetli xəstələrin əhvali-ruhiyyələri xeyli yaxşılaşır. Lakin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, ağciyərlərin sol tərəfinin lokallaşdırılması xəstəliyi olanlara sol böyrü üstə yatmaq məsləhət deyil.

Bu tövsiyə, zədə almış və əməliyyat keçirmiş xəstələrə də aiddir. (AZƏRTAC)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz