Nar şirəsini belə için - QAYDALAR

Xəbərin çap versiyası
Tarix: 15-11-2017, 00:20
Nar şirəsini belə için -


Nar və nar şirəsi bir çox faydalı xüsusiyyətlərlə zəngindir.

SİVİL.AZ
saglamolun.az-a istinadən bildirir ki, nar şirəsi ürək üçün olduqca faydalıdır, damarları təmizləyir, yuxarı təzyiqi tənzimləyir, qanın tərkibini yaxşılaşdırır, immun sisteminə müsbət təsir edir, orqanizmə xərçəng əleyhinə təsir edir. Lakin bütün bu faydalı xüsusiyyətlərdən bəhrələnmək üçün nar şirəsini düzgün qəbul etmək lazımdır.

İlk növbədə qastrit, xora xəstəliyi, qəbizlik və pankreatit zamanı nar şirəsini içmək tövsiyə edilmir.

Sağlam insanlar isə nar şirəsini yarıbayarı su və ya digər şirə ilə (alma, kök) durulaşdırılıb içməlidir. Gün ərzində 1 stəkan belə şirə içmək kifayətdir.

Nar şirəsini sıxdıqdan qərhal sonra içmək lazımdır.

Nar şirəsi diş emalına mənfi təsir edir ki, bu səbəbdən mütəxəssislər bu şirəni borucuqdan içməyi tövsiyə edirlər.

Nar şirəsini içdikdən sonra ağız boşluğunu su ilə yaxalamaq lazımdır.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz