Yer qaranlığa qərq olacaqmı? - AMEA-dan açıqlama

Xəbərin çap versiyası
Tarix: 13-11-2017, 21:25
Yer qaranlığa qərq olacaqmı? -


AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası noyabrın 15-də Yupiter ilə Veneranın bir-birinə yaxınlaşması nəticəsində Yerin noyabrın 27-dək qaranlığa qərq olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

SİVİL.AZ
-ın məlumatına görə, rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, Yupiter ilə Veneranın yaxınlaşmasının noyabrın 15-də olması barədə məlumatlar düzgün deyil. Çünki Yupiter ilə Veneranın ən yaxın məsafədə yaxınlaşması bu gün gündüz saat 12 radələrində olub.

X. Mikayılov qeyd edib ki, yaxınlaşma zamanı Yupiter ilə Venera arasındakı məsafə bədirlənmiş ayın yarısı qədər (7 günlük ay) olub.

Yupiter ilə Venera arasındakı məsafənin böyük olduğunu nəzərə çatdıran X. Mikayılov bildirib ki, Yerdən Veneraya qədər olan məsafə 245 milyon, Yupiterə qədər olan məsafə isə 956 milyon km-dir:

"Göründüyü kimi, onlar arasındakı məsafə çox böyükdür. Onların yaxınlaşmasını "görüntü yaxınlaşması” hesab etmək olar, çünki biz Yerdən baxanda elə görürük ki, onlar yaxındırlar. Əslində isə onlar arasında böyük məsafə var. Bu baxımdan bu iki planetin Yeri qaranlığa qərq etməsi mümkün deyil. Digər tərəfdən, Yer qaranlığa yalnız Günəş tutulması nəticəsində qərq ola bilər. Günəş tutulması hadisəsini isə yalnız Ay törədə bilər, çünki onların hər ikisi demək olar ki, eyni bucaq ölçüsündədir”.

Qeyd edək ki, NASA alimi Çarlz Boden belə bir iddia ilə çıxış edib ki, noyabrın 15-də Yupiter Venera ilə minimal məsafəyədək yaxınlaşması nəticəsində Yer noyabrın 27-nə qədər qaranlığa qərq olacaq.

Ona cavab olaraq NASA alimlərinin bir çoxu planetlərin yaxınlaşması nəticəsində hər yerin qaranlığa qərq olması məsələsini saxta adlandırıblar və planetlərin yaxınlaşması ilə Günəş işığının heç bir yerə getməyəcəyinə əmin ediblər.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz