Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? - ELMİ RƏY

Xəbərin çap versiyası
Tarix: 11-11-2017, 20:00
Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? -


Müasir insanlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılmasının başlıca səbəbi düzgün olmayan qidalanmadır.

SİVİL.AZ
bildirir ki, əksəriyyətimiz gün ərzində 2 dəfə qida qəbul edir və əsas qida qəbulu axşam saatlarına düşür. Bu qəti şəkildə yolverilməzdir. Belə qidalanmanın bir çox mənfi tərəfləri vardır:

1. Öd kisəsində durğunluq yaranır və bu da iltihabın və öd daşı xəstəliyinin inkişafına təkan verir.

2. Belə qidalanma mədə üçün ziyanlıdır ki, qastrit və mədə xorasının inkişafına şərait yaradır.

3. Maddələr mübadiləsində problemlər yaranır: uzun fasilələrlə qida qəbul edən insanda maddələr mübadiləsi yavaşıyır ki, bu da çəkinin artmasına səbəb olur və s.

Alimlərin fikrinə görə sağlam və gümrah olmaq üçün insan gün ərzində 5 dəfə qida qəbul etməlidir: 3 əsas qida qəbulu (səhər yeməyi, günorta yeməyi və şam yeməyi) və 2 "atıştırmalıq" (səhər yeməyi ilə günorta yeməyi və günorta yeməyi ilə şam yeməyi arasında).

Səhər yeməyi mütləqdir. Bu maddələr mübadiləsinin sürətlənməsi və qanda şəkərin normal səviyyədə saxlanılması üşün vacibdir.

Şam yeməyi yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.

"Atıştırmalıq" üçün çips, suxarı, bulka və konfet deyil, təzə və quru meyvələr, çərəzlər, yoqurt, kəsmik uyğun gəlir. (saglamolun.az)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz