İpoteka kreditləri ilə bağlı - YENİ QAYDALAR

Xəbərin çap versiyası
Tarix: 11-11-2017, 13:48
İpoteka kreditləri ilə bağlı -


Nazirlər Kabineti “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib.

SİVİL.AZ
-ın APA-ya istinadən məlumatına görə, bu qayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin ipoteka kreditləşməsinə yönəltdiyi vəsaitin əhali tərəfindən təmirli yaşayış sahələrinin alınmasına ayrılması zamanı yaşayış sahəsinin 1 kvadratmetri üçün ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.

Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən rübdə bir dəfədən az olmayaraq bazar araşdırmaları aparılır. Araşdırmalar zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan qiymətlərin uçotu barədə məlumatları, Dövlət Statistika Komitəsinin mənzillərin və yaşayış evlərinin bazar qiymətləri barədə məlumatları, Azərbaycan Respublikasında daşınmaz əmlak bazarında fəaliyyət göstərən müstəqil qiymətləndiricilərin beynəlxalq standartlara uyğun məlumatları, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, İnternet şəbəkəsinin və digər mənbələrin elanları və reklam məlumatları mənbə kimi istifadə edilir.

İndiyə qədər yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən yaşayış sahəsinin təmirli olması, yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmış olması və yaşayış sahəsinin yerləşdiyi ərazi nəzərə alınıb. Dəyişikliyə əsasən bundan sonra yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən yaşayış sahəsinin təmirli olması amili nəzərə alınmayacaq.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz