Əsas Səhifə > Siyasi / Manşet > Sergey Lavrov Azərbaycan və Ermənistana

Sergey Lavrov Azərbaycan və Ermənistana


14-11-2017, 12:19.
title}
Sergey Lavrov Azərbaycan və Ermənistana


Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Bakıya səfər edəcək.

SİVİL.AZ
-ın məlumatına görə, bu barədə Ermənistanın "168 jam" qəzeti Rusiyadakı mənbəyə istinadən xəbər yayıb.

Lavrovun Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparacağı bildirilir. Qeyd olunur ki, noyabrın 20-də Rusiya xarici işlər naziri İrəvana səfər edəcək.

"168 jam" qəzetinin yazdığına görə, səfərlə bağlı iki versiya var. Birinci versiyaya əsasən, Lavrov Nalbandyan-Məmmədyarov görüşü üçün Vyana və Peterburq anlaşmalarının yer aldığı effektiv gündəlik hazırlamağa çalışacaq. İkinci versiyaya görə isə rusiyalı diplomat münaqişə tərəflərinə digər həmsədr ölkələrin dəstəklədiyi proqramı təklif edəcək. (APA)
Geri qayıt