Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında aksiya keçirdi

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 19:00
Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında aksiya keçirdi


Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

SİVİL.AZ
Report-a istinadən xəbər verir ki, mitinqdə 2014-cü il iyulun 12-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı buraxılması tələb edilib.

Soydaşlarımız hər iki şəxsin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində girov götürüldüyünü bildiriblər. Aksiyada Ermənistanın təcavüzkar dövlət olduğu bildirilib, azərbaycanlı girovların azadlığa buraxılması tələb edilib.

Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycan torpaqları kimi tanınan ərazilərdə bu ölkənin vətəndaşlarının girov götürülməsi, Cenevrə Konvensiyasının pozulması və Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyon azərbaycanlının öz evlərini tərk etmək məcburiyyətində qalması Fransa ictimaiyyətinin diqqətinə çatdırılıb.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz