Deputatların mandatdan məhrum edilməsi qaydası DƏYİŞDİRİLİR

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 09:54
Deputatların mandatdan məhrum edilməsi qaydası


Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud şəkildə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydası müəyyənləşib.

SİVİL.AZ
Modern.az-a istinadla xəbər verir ki, bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində uzun sürən müzakirələrdən və deputatların etirazından sonra Seçki Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndində dəyişiklik edilib. Dəyişikliyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyası rəsmi məlumat verərək, Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Daha sonra isə MSK-da deputatın mandatdan məhrum edilib-edilməyəcəyi müzakirə olunacaq və bu barədə qərar qəbul ediləcək.

Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Xatırladaq ki, Konstitusiyanın 89-cu maddəsinin 6-cı və 7-ci bəndi müvafiq olaraq aşağıdakı kimidir:

6-cı bənd: deputat Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) pozduqda;

7-ci bənd: deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Qeyd edək ki, Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə ediləcək..

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz