Həmsədrlərlə AŞPA həmməruzəçilərinin Qarabağa dair görüşü təxirə salınıb

Xəbərin çap versiyası
Tarix: 13-11-2017, 17:48
Həmsədrlərlə AŞPA həmməruzəçilərinin Qarabağa dair görüşü təxirə salınıb


ATƏT-in Minsk qrupu həmsədrləri ilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçilərinin görüşü təxirə salınıb.

SİVİL.AZ
bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, görüş noyabrın 16-da Parisdə keçirilməli idi. Lakin həmsədrlərin həmin gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü planlaşdırıldığından Paris görüşü təxirə salınıb.

Qeyd edək ki, görüşün keçirilməsinə dair qərar AŞPA Monitorinq Komitəsinin Avropa Şurası ölkələri arasında münaqişələrə dair alt komitənin bu il oktyabrın 10-da keçirilmiş iclasında verilmişdi. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak etməli idi.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz