<p>Quraqlıq və iqlim dəyişikliklərinin yaşandığı İraqda yazın gəlməsi ilə qum fırtınası baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İraqın qərbində Ənbar vilayətində başlayan qum fırtınası ölkənin mərkəzi bölgələrinə doğru irəlilədiyi üçün Səhiyyə Nazirliyi təşvişə düşüb. Ənbar vilayətini vuran qum fırtınası ölkənin paytaxtı Bağdada doğru irəliləməyə başlayıb. İraq Meteorologiya Müdirliyi, güclü küləklərin təsiri ilə meydana gələn qum fırtınasının ölkənin qərb, şimal və mərkəzi seqmentlərini təsir etdiyini açıqlayıb və sözügedən fırtınanın sabahdan etibarən ölkənin cənubunda təsirli olacağını bildirib.</p><script async src="//code.ainsyndication.com/v2/js/slot.js?08092022"></script><ins class="ainsyndication" style="display:block; width: 100%;" data-ad-slot="10133"></ins>
<p>Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay "Vida məktubu"nun yayımlanacaq yeni bölümündə üslubu və geyimi ilə bir daha diqqət çəkəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, rolu üçün arıqlayan, idman və yoqa ilə məşğul olan aktrisa “Alanur” obrazı ilə yanaşı geyimləri ilə də bəyənilir. İddialı geyim və aksesuarlar üçün fərqli modelyerlərlə işlənilir. “Alanur” obrazının geyimlərində əqrəb bürcünə uyğun rəng seçimləri edilir.</p><script async src="//code.ainsyndication.com/v2/js/slot.js?08092022"></script><ins class="ainsyndication" style="display:block; width: 100%;" data-ad-slot="10133"></ins>
<p>İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinin girişində bir fələstinliyə atəş açdığı bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail polisindən verilən açıqlamada bir fələstinlinin İsrail polisinin silahını almağa cəhd etdiyi iddia edilib. Açıqlamada İsrail polisinin fələstinliyə atəş açaraq zərərsizləşdirdiyi qeyd olunub. Hadisədə İsrail qüvvələrinə zərər verilmədiyi, bölgəyə əlavə polis qüvvələrinin göndərildiyi bildirilib. Bəyanatda fələstinli şəxsin sağlamlıq durumu və hadisənin təfərrüatları yer almayıb.</p><script async src="//code.ainsyndication.com/v2/js/slot.js?08092022"></script><ins class="ainsyndication" style="display:block; width: 100%;" data-ad-slot="10133"></ins>