<p style="text-indent:0in;" text-indent:0in; text-align:justify">Asiya ölkələrindəki iqtisadi dirçəliş və və yeni neft emalı zavodlarının yaranması fonunda dünyada neft tankerlərinin tikintisində bum yaşanır. 
 <p style="text-indent:0in;" text-indent:0in; text-align:justify">FED.az xəbər verir ki, bu barədə «Bloomberg» agentliyi sorğusunda iştirak edən gəmi brokerlərinə və analitiklərə istinadən xəbər verir.
 <p style="text-indent:0in;" text-indent:0in; text-align:justify">Gəmi brokeri «Braemar» şirkətinin açıqlamasına görə, 2023-cü ilin əvvəlindən tanker zavodlarına 38 orta səviyyəli tanker sifariş edilib ki, bu da ən azı 2013-cü ildən bəri rekord rəqəmdir. «Simpson Spence & Young» şirkəti isə bildirib ki, son bir il ərzində 31 tanker beynəlxalq seriya nömrələri alıb - bu, sifarişlərin əsas göstəricilərindən biridir.
 <p style="text-indent:0in;" text-indent:0in; text-align:justify">Bloomberg-in məlumatına görə, neft tankerlərinə kəskin tələbat bazarların Avropadan Asiya və Yaxın Şərqə “köçməsi” səbəbindən başlayıb. 
 <p style="text-indent:0in;" text-indent:0in; text-align:justify">Məqalədə deyilir: “Bu tendensiya dəniz nəqliyyatını daha sərfəli edib və yeni gəmilərin inşasını sürətləndirib.
 <p style="text-indent:0in;" text-indent:0in; text-align:justify">«Kpler Inc» şirkətinin hesablamalarına görə, hazırda dəniz yolu ilə 200 milyon bareldən çox neft nəql edilir. Bu 2022-ci ildəki 177 mln. Barel göstəricidən artıqdır. ABŞ-ın Şərq Sahilindəki alıcılar Yaxın Şərq və Asiyadan daha çox yanacaq alırlar. Bloomberg-in məlumatına görə, tendensiya Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə də güclənib və bu, 2013-cü ildən bəri yanacaq tankerlərinin daşınmasına tələbatı rekord həddə çatdırıb.
<p style="text-indent:0in;" text-indent:0in">Tbilisidəki məşhur «Ambassador» mehmanxanasında baş verən yanğınla bağlı bir nəfər saxlanılıb.
 <p style="text-indent:0in;" text-indent:0in">FED.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
 <p style="text-indent:0in;" text-indent:0in">Məlum olub ki, yanğını mehmanxanada qonaq olan 1995-ci il təvəllüdlü 28 yaşlı A.L. törədib. İstintaqla müəyyən olunub ki, həmin şəxs kazinoda böyük məbləğ uduzduqdan sonra oteli yandırmağa cəhd edib. 
 <p style="text-indent:0in;" text-indent:0in">Başlayan yanğın daha sonra otelin üçüncü və dördüncü mərtəbələrinə yayılıb. Yanğının yaxınlıqdakı binalara keçməsinin də qarşısını almaq üçün hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib. 
 <p style="text-indent:0in;" text-indent:0in">Qeyd olunub ki, saxlanılan şəxs kazinoda külli miqdarda pul uduzub. Bundan sonra xeyli spirtli içki qəbul edən həmin şəxs otelin eyvanına çıxaraq anlaqsız hərəkətlər edib və diqqəti cəlb etməyə çalışıb. Bundan sonra isə oteldə yanğın törədib.
 <p style="text-indent:0in;" text-indent:0in"><span style="font-family:;"Times" new roman",serif"><span style="font-family:;"Calibri",sans-serif">Onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Finstab
Vergi məsələləri üzrə mühasib
 Son tarix 01 may 2023 [email protected]
İş barədə məlumat:
Elektron qaimələrin yazılması, E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı; 
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri icra etmək;
Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq
Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
Əmək haqqı, məzuniyyətlərin hesablanması
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
1 C proqramında işləmək bacarığı 
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
İstirahət: Bazar günləri;
Əmək haqqı : 400-600 AZN
Tələblər:
Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi; 
Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində müəyyən biliklərə sahib olmalıdır;
Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Dil bilikləri: Xarici dil biliklərinin olması arzuolunandır.
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
SGEX Servis
Aqronom
Son tarix 01 may 2023 - [email protected]
Təcili olaraq Villa Yaşayış Kompleksində Baş bağban kimi fəaliyyət göstərəcək təcrübəli namizəd axtarışındayıq.
Vəzifə ödəlikləri:
Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsi.
Dibin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsi.
Bitkilərin tozlandırılması və dezinfeksiya vasitələri ilə çilənməsi.
Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması.
Əkilənlərin dibinin boşaldılması və sulanması.
Paya hazırlanması, basdırılması, bitkinin ona bağlanması.
Qurumuş ağac və kolların dibinin boşaldılması və kökündən çıxarılması.
Tabeliyində olan bağbanlara müvafiq tapşırıqların verilməsi.
Tabeliyində olan bağbanların daxili nizam-intizam qaydalarına əməl etməsini təmin etmək.
Qazonun səviyyəsini qorumaq. 
Kollara vaxtında forma vermək.
Landşaft biliklərinin olması.
Əmək şəraiti:
İş qrafiki - 6 günlük
Əmək haqqı - Başlanğıc olaraq 899 Gross
Tələblər:
Təhsil səviyyəsi - Orta ixtisas təhsilli
Yaş göstəricisi - 28-40 yaş bəy namizədlər
Maraqlanan namizədlərin öz CV Formalarını vəzifə başlığı hissəsinə "Aqronom" qeyd edərək göndərmələri və yaxud 051- 232-77-11 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
<p style="text-indent:0in;" text-indent:0in">Prezident İlham Əliyev Azərbaycanda media subyektlərinin vergidən azad edilməsi ilə bağlı fərman imzalayıb. 
 <p style="text-indent:0in;" text-indent:0in">FED.az xəbər verir ki, dövlət başçısı mətbuat orqanlarının vergilərdən azaj edilməsi ilə bağlı bir qədər əvvəl Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Eləcə də prezident Vergi Məcəlləsinin qüvvəyə minməsi i lə bağlı öz fərmanında dəyişiklik edib. 
 <p style="text-indent:0in;" text-indent:0in">İmzalanan sənədlərə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib.
 <p style="text-indent:0in;" text-indent:0in">bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
 <p style="text-indent:0in;" text-indent:0in">Qeyd edək ki, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq.
 <p style="text-indent:0in;" text-indent:0in">Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil edilmir.
<p style="text-indent:0in;" text-indent:0in">Xəbər verildiyi kimi, «Azsığorta» ASC sığorta şirkəti «Baku Bus» MMC-ni məhkəməyə verib. 
 <p style="text-indent:0in;" text-indent:0in">FED.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyeva tərəfindən araşdırılan iddiaya səbəb - şirkətlər arasında 2015-ci ildə baş vermiş qəzaya görə həll edilməyən ödəniş mübahisəsi olub. 
 <p style="text-indent:0in;" text-indent:0in">Amma indi məlum olur ki, əslində «Azsığorta»nın tələb etdiyi bu ödəniş 6 il əvvəl həyata keçirilib. Sadəcə şirkət hansısa səbəbdən bundan xəbərsizdir və məhkəməyə müraciət edib. 
 <p style="text-indent:0in;" text-indent:0in">Bu barədə FED.az-a «BakuBus» MMC-nin hüquq sektorunun müditi Rüstəm Cəfərov bildirib. Onun sözlərinə görə, «Azsığorta” ASC tərəfindən 28.02.2023-cü il tarixində qaldırılan iddia tamamilə əsassızdır. 
 <p style="text-indent:0in;" text-indent:0in">«Belə ki, 22 iyun 2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azsığorta” ASC-nin ödədiyi 5860 (beş min səkkiz yüz altmış) manat sığorta ödənişini, subroqasiya qaydasında “BakuBus” MMC-dən tutulmasından ötrü Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 
 <p style="text-indent:0in;" text-indent:0in">Biz, “BakuBus” MMC olaraq yuxarıda qeyd edilən məbləğin 860 (səkkiz yüz altmış) manatını 19.02.2016-cı il tarixində, 5000 (beş min) manatını isə 19.01.2017-ci il tarixində rəsmi qaydada “BakuBus” MMC-nin bank hesabından “Azsığorta” ASC-nin bank hesabına köçürmüşük»-deyə «BakuBus» MMC-nin nümaynədəsi bildirib. 
 <p style="text-indent:0in;" text-indent:0in">«Görünür ki, “Azsığorta” ASC-də şöbələr arasında əlaqələr kifayət qədər yaxşı olmadığından və işə qeyri-peşəkar yanaşmaları nəticəsində 2017-ci ildə öhdəliyini tam şəkildə icra edilməsinə baxmayaraq, 2023-cü ildə eyni iş üzrə yenidən məhkəməyə müraciət edilib. Bununla bağlı “Azsığorta” ASC-yə məlumat verilib. Ümid edirik ki, ən qısa zaman ərzində əsassız iddialarını geri çəkmələri üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edərlər. Əks təqdirdə “BakuBus” MMC-nin iş güzar nüfuzuna xələl gətirdiklərinə görə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir»-deyə R.Cəfərov qeyd edib. 
Azərbaycanda istehlaka yararsız şokoladın satışı dayandırılıb.
Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Avropa İttifaqının “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndən (RASFF) daxil olmuş məlumata əsasən İspaniya Krallığından Belçika Krallığına ixrac edilmiş badam məhsulunda Aflatoksin B1 və total aflatoksin miqdarının yolverilən həddən yüksək olması qeydə alınıb.
Məlumatda Belçika Krallığında fəaliyyət göstərən “Kim's Chocolates NV” şirkəti tərəfindən həmin məhsulun xammal olaraq istifadə edildiyi və məhsulun partiya nömrəsi öz əksini tapıb.
Aparılmış araşdırmalar nəticəsində qeyd olunan badam məhsulunun ölkəmizə idxal olunmadığı, lakin xammal olaraq istifadə edildiyi şokolad məhsulu partiyasının (180 kq) 2023-cü il 10 yanvar tarixində ölkəyə idxal olunduğu müəyyənləşdirilib. Bununla bağlı olaraq, Agentlik tərəfindən dərhal zəruri tədbirlərin həyata keçirilməsinə başlanmış, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin tələbinə əsasən, “Cachet dark orqanik badam və albalı” əmtəə nişanlı (istehsal və son istifadə tarixləri 29.10.21022 - 29.01.2024 olan şokolad məhsulu) həmin partiya məhsulun anbardan, bazardan, digər satış obyektlərindən və istehlakçılardan geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb.
Belə ki, Agentliyin müfəttişləri tərəfindən aparılan araşdırma zamanı sözügedən partiya məhsulun bir hissəsinin (99.6 kq) anbarda saxlanıldığı, qalan 80.4 kq məhsulun isə satış şəbəkəsinə verildiyi müəyyən olunub. Məhsulun satışının dayandırılması və 80.4 kq məhsulun ticarət obyektlərindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Agentlik istehsal və son istifadə tarixləri qeyd olunan dövrü əhatə edən “Cachet dark orqanik badam və albalı” əmtəə nişanlı şokolad məhsulunun alışını həyata keçirmiş pərakəndə satış subyektlərini məhsulun dərhal geri qaytarılmasını təmin etməyə, istehlakçıları isə bu məhsulu aşkar etdikdə bu barədə Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat verməyə çağırıb.
28 fevral 2023-cü il tarixinə Azərbaycanda banklar tərəfindən 3,074 min ədəd bankomat quraşdırılıb ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,2% çoxdur. 
Azərbaycanın bank bazarı - 3 ƏLDƏ CƏMLƏNİR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Fevralın sonuna Bakıda 1607 ədəd (artım 1%), bölgələrdə 1467 ədəd (azalma 0,7%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 79,13 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 0,9% azdır.
Bununla yanaşı, Bakıda 53,489 min ədəd (azalma 0,6%), regionlarda 25,641 min ədəd (azalma 1,4%) pos-terminal quraşdırılıb.
Hesabat dövründə pərakəndə ticarət obyektlərində 76,797 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,1%-i quraşdırılıb. (İnterfaks-Azərbaycan)
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda bankların ipoteka və istehlak kreditləri portfeli artıb, biznes kreditləri portfeli isə azalıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 28 fevral 2023-cü il tarixinə bankların kredit portfeli 19 milyard 757,4 milyon manat məbləğində qiymətləndirilir (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,8%).
2023-cü ilin yanvar-fevral aylarında bankların biznes kreditləri portfeli 0,2% - 10 milyard 835,6 milyon manatadək (bütün kredit portfelinin 54,8%-i) azalıb. Fevralda portfel 10 milyon manat azalıb.
Yanvar-fevral aylarında bankların istehlak kreditləri portfeli 1,9% - 5 milyard 863,6 milyon manata qədər artıb, xüsusi çəki 29,7% təşkil edib. Fevralda portfel 51,7 milyon manat artıb.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 2,4% - 3 milyard 3058,2 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 15,5%-i səviyyəsində artıb. Fevralda portfel 46 milyon manat artıb.
2023-cü il fevralın 28-nə Azərbaycanda 25 bank fəaliyyət üçün lisenziyaya malikdir. (İnterfaks-Azərbaycan)
Gədəbəyə dünən gecədən başlayaraq qar yağır. Dağ kəndləri ilə yanaşı qar rayonun mərkəzinə də yağıb.
FED.az xəbər verir ki, dağlıq ərazilərə təxminən 35 santimetrdən artıq, rayon mərkəzinə isə 5-10 santimetr düşüb.
Qeyd edək ki, hazırda qərb bölgəsindəki rayonlarda qeyri-sabit hava şəraiti davam edir.
Azərbaycanın həyat sığortası bazarının iştirakçılarından olan «Atəşgah Həyat Sığorta» şirkəti 2022-ci ilin nəticələrini açıqlayıb.
«Atəşgah Sığorta» zərərlə işləməyə başlayıb – HESABAT AÇIQLANDI
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə «Atəşgah Həyat Sığorta»nın cəmi gəlirləri 50 milyon 815 min manat, cəmi xərcdəri isə 40 milyon 222 min manat təşkil edib.
Bu dövrdə şirkət sığorta haqları kimi. 53,5 milyon manat toplayıb, daha Daha 3,9 milyon manat isə investisiya gəliri kimi əldə edilib.
Əvəzində sığorta ehtiyatlarının dəyişməsindən şirkət 6,9 milyon manat itirib.
2022-ci ildə «Atəşgah Həyat Sığorta»nın 40,2 milyon manatlıq xərclərinin 33 milyon manatı əsas əməliyyat xərcləri olub. Bundan 30,8 milyon manat sığorta ödənişləri, 1,1 milyon manatı qaytarılan sığorta haqları, təqribən 1 milyon manat isə təkrar sığortaya ötürülən risklər üzrə sığorta haqları olub.
2022-ci ildə «Atəşgah Həyat Sığorta» işlərin apaprılmasına 7,3 milyon manat xərcləyib. Nəticədə şirkətin maliyyə mənfəəti 10,6 milyon manat olub, 2,1 milyon manat mənfəət vergisi ödənişindən sonra şirkətin xalis mənfəəti 8,5 milyon manat təşkil edib.
Vergi sahəsində korrupsiya əməlləri törətməkdə təsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Dövlət Xidmətinin rüşvətə görə tutulan vəzifəli şəxslərinin - MƏHKƏMƏSİ BAŞLAYIR
Bu barədə FED.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsində yol verilən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq zamanı qeyd olunan idarənin sabiq rəisi Zaur Adilovun Səyyar vergi yoxlamaları şöbəsinin sabiq rəisi Əjdər Əliyevlə qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlaması keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində rüşvət qismində tələb etdiyi 35 min manat məbləğində pul vəsaitinin 12 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Şamil Xalid şəriki Ahmet Dikbaş ilə mübahisədən sonra güllələnib. 
FED.az xəbər verir ki, hadisə Ankarada baş verib.
Məlumata görə, tütün məmulatlarının satışı ilə məşğul olan iş adamları arasında mübahisə düşüb. Sonda Dikbaş silaha əl atıb və azərbaycanlı şərikinə atəş açıb. Qasıq nahiyəsindən yaralanan Xalid qaçaraq küçədəki ərzaq mağazasına sığınıb. Lakin Dikbaş yaralının ardınca düşərək daha üç atəş açıb. Bu dəfə güllələr Xalidin ürəyinə dəyib.
Hadisə yerinə dərhal polis və təcili yardım cəlb edilib. Dikbaş hüquq-mühafizə orqanları əməkdaşlarına təslim olub.
Azərbaycanlı iş adamı Şamil Xalid isə Ankara Etlik Şəhər Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. (Oxu.az)
Siyəzən Rayon İcra Hakimiyyəti "Beşbarmaq Dəniz Sahili" MMC-ni məhkəməyə verib.
“Auto Azərbaycan” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
FED.az xəbər verir ki, iddia torpaq sahəsinin boşaldılmasına görə qaldırılıb.
İş Sumqayıt Kommersiya Məhkəməsində hakim Zülfiqar Sadıqovun icraatındadır.
“Auto Azərbaycan” MMC-yə yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
"Auto Azərbaycan" şirkəti mülkiyyət hüququ məsələsinə görə – MƏHKƏMƏYƏ VERİLİB
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
 İş Abşeron Rayon Məhkəməsində hakim Hafiz Kamranovun və Vüsal Qurbanovun icraatındadır.
Məhkəmə ilə bağlı baxış iclasları 07.04.2023, saat 16:30-a və 11.04.2023, saat 15:30-a təyin edilib.
"Zeytun Pharmaceuticals" MMC-yə ticarət qaydaları əleyhinə olan (Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması) və inzibati xəta protokolu tərtib olunub.
"Frozen Products" MMC gömrük qaydalarını pozmağa görə - MƏHKƏMƏYƏ VERİLİB
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə görə nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 150 manat məbləğində cərimə edilir.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılarkən nəzarət markası olmayan malların, məmulatların və məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz.
Şəhərimizin premium yaşayış komplekslərindən biri olan “Gumush Residence” inanılmaz bir kampaniya elan edir.
 FED.az xəbər verir ki, kampaniya çərçivəsində “Gumush Residence”dən seçilmiş 4 otaqlı mənzil alana 2 otaqlı mənzil hədiyyə ediləcək.
Digər hallarda isə ikinci mənzili alanlar 80%-ə qədər endirimdən yararlana biləcəklər. Kampaniya 30 aprel 2023 tarixinədək davam edəcək. Kampaniyadan yararlanmaq üçün *5775 və ya (050) 707 57 75 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Xatırladaq ki, “Gumush Residence” şəhərimizin xüsusi diqqət cəlb edən premium yaşayış komplekslərindən biridir. Bakının unikal məkanlarından birində - Nərimanov heykəli yaxınlığında yerləşən “Gumush Residence” möhtəşəm panoraması və xüsusi memarlığı ilə ön plana çıxır. Kompleksdə yerləşən mənzillərdən Bakı buxtasına gözəl panorama açılır.
Həmçinin “Gumush Residence”in infrastrukturunda sakinlərin hər bir rahatlığı nəzərə almışdır. Kompleksdə uşaq əyləncə mərkəzi, SPA xidmətləri, fitness mərkəzi, Türk hamamı kimi xidmətlər mövcuddur. Həmçinin binada ağıllı ev sistemləri quraşdırılmışdır.
Kampaniya, həmçinin kompleks haqqında ətraflı məlumat üçün *5775 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Xəbər verdiyimiz kimi, aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
FED.az xəbər verir ki, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib.
Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.
General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.
Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib, Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
Bu barədə FED.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir həyata keçirilən son əməliyyatların planlaşdırılmasına və icrasına cəlb olunan şəxsi heyətə, xüsusilə birliklərin komando heyətinə göstərdikləri peşəkarlığa görə Ali Baş Komandan adından təşəkkür edib, onların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib. Qısa müddət ərzində icra olunan lokal əməliyyatların Ordumuzun yüksək döyüş əzminin növbəti göstəricisi olduğunu qeyd edib.
Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edən müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib.
Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov real döyüş şəraitinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılmasının, həmçinin silahlanmada olan müasir silah və hərbi texnikanın effektiv tətbiqi üsullarının təkmilləşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Müdafiə naziri təhlükəsizlik qaydalarına, eləcə də yanğın əleyhinə zəruri tədbirlərə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladıb.
Nazir şəxsi heyətə diqqət və qayğının artırılması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə komandir heyətinə tövsiyələrini çatdırıb.
Şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılmasının hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə dair əlavə göstərişlər verib.
Sonda general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-in ildə orta hesabla 2,1% artacağını proqnozlaşdırır.
FED.azi “Fitch”in məlumatına istinadən xəbər verir ki, 2022-ci ildə Azərbaycanda ÜDM 4,6% (2021-ci ildə 5,9%) artıb. Ötən il qeyri-neft ÜDM-in artımı 9,1% təşkil edib, neft hasilatının 5,6% azalması nəticəsində neft ÜDM-i 2,7% azalıb ki, bu da qaz hasilatının 7,3% artması ilə qismən kompensasiya edilib.
Agentlik qeyd edir ki, 2022-ci ildə dövlət büdcəsinin profisiti gəlirlərin 27% artması hesabına 2 faiz bəndi artaraq 6%-ə çatıb. “Fitch” 2023-cü ildə dövlət büdcəsinin profisitinin ÜDM-in 4,8%-dək, 2024-cü ildə isə 4,2%-dək azalacağını proqnozlaşdırır.
“Fitch” qeyd edir ki, 2023-cü ilin fevral ayında Azərbaycanda inflyasiya (12 aylıq) 2022-ci ilin oktyabr ayındakı 15,6%-lik pik səviyyədən 14,1%-ə enib ki, bu da istehlak malları üzrə inflyasiyanın 4 faiz bəndi - 17,1%-dək azalması ilə əlaqədar olub.
“Fitch”in qiymətləndirmələrinə görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 10,3%-dək (2022-ci ildə 13,9% - İF), 2024-cü ildə 7,3%-dək azalacaq.
Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in artımını 2,7%, 2024-cü ildə 4,1%, orta illik inflyasiyanı isə müvafiq olaraq 6,9% və 4,5% səviyyəsində proqnozlaşdırır. (İnterfaks-Azərbaycan)