RU

Vəkilliyə namizədlərin nəzərinə!

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 26.05.2024-cü il tarixdə saat 10:00-da ARVK və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

E-huquq.az xəbər verir ki, keçirilməsi nəzərdə tutulan test imtahanı namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar.

Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.

Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Bir daha qeyd etmək istərdik ki, ixtisas imtahanının test mərhələsi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində (Türk Dövlətləri Parlament Assambleyasının inzibati binasının yanında) yerləşən yeni elektron imtahanlar korpusunda təşkil olunacaq (test imtahanı Bakı Asiya Universitetində deyil, DİM-nin yeni inzibati binasında keçiriləcəkdir).

Buraxılış vərəqəsini buradan çap edə bilərsiniz.

İmtahan mərkəzinin ünvanı ilə buradan tanış ola bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
e-huquq.az

1Источники