RU

Dövlət Universitetlərinin Pedaqoji fakultələrində təhsillərinə köməklik göstərilmiş və bu xeyirxah iş bugündə davam edir » AzadMedia.az


Azərbaycan Reapublikası Milli Məclisinin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılmış "Masallı Təhsil Fondu" fəaliyyət göstərdiyi 4-il müddətində 200-nəfər qızların Dövlət Universitetlərinin Pedaqoji fakultələrində təhsillərinə köməklik göstərilmiş və bu xeyirxah iş bugündə davam edir.
Məlumat verdiyimiz kimi 20-may 2020-ci il tarixdə "Masallı Təhsil Fondu" və onun əməkdaşlarının köməkliyi ilə rayonun ümumtəhsil məktəblərində təhsil alan XI sinif qız şagirdlərinin 267 nəfərinə ali məktəblərə daxil olmaq üçün test kitabları hədiyyə edilmişdir.
Növbəti illərdə bu xeyirxah iş davam etdirilmiş və test kitabları X siniflərdə oxuyan şagirdlərə də,verilmişdir.
Qızların Dövlət Universitetlərinin Pedaqoji fakultələrində təhsil almaları rayonda azyaşlı qızların erkən nigaha girməsinin qarşısını alınmasında müsbət təsir göstərmişdir.
Millət vəkili hörmətli Məmmədov Məşhur Şahbaz oğlunun aztəminatlı ailələrin qız övladlarına göstərdiyi qayğı rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
2020/2021-ci tədris ilində Təhsil Fonduna 45-nəfər abituriyent müraciət etmiş,hazırda onların 7-nəfəri 2024/2025-ci tədris ilində təhsillərini 5-ci kursda davam etdirəcək,digərləri isə ali məktəbləri bitirmiş hesab ediləcəklər.
Onların hər biri müəllim adını almaq üçün MİQ imtahanlarında iştirak edəcəklər.
Məzunlarımıza bu işdə uğurlar arzulayırıq.

"Masallı Təhsil Fondu"nun direktoru:H.Hüseynov və Fondun əməkdaşları
-05-20-at-12_12_45.jpeg[/img][/center]
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
101
1
azadmedia.az

2Источники