RU

ABŞ üçün ən böyük təhlükə...

...ABŞ üçün ən böyük təhlükə Rusiya, Çin və ya İran deyil, bu ölkə üçün ən böyük təhlükə Amerika cəmiyyətindəki parçalanmadır.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdçü admiralı və NATO-nun Avropadakı keçmiş Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Ceyms Stavridis deyir bunu.

Belə ki, NATO-nun Avropadakı keçmiş baş komandanı Bloomberg-in köşə yazısında Rusiyadan üstün olan təhlükənin adını çəkib.

Stavridis, hər şeydən əvvəl, Ukrayna və İsrailə dəstək daxil olmaqla, milli təhlükəsizlik siyasəti ilə bağlı adi fikir ayrılıqlarının Konqresdə, kollec şəhərciklərində və internetdə daxili çəkişmələrə çevrilməsindən narahat olduğunu söyləyib.

Beləliklə, Stavridis Konqresdə altı aydan çox davam edən ABŞ-ın Ukrayna və İsrailə yardım maliyyələşdirməsinin koordinasiyasına və Amerika universitetlərində Fələstin tərəfdarı etirazlara eyham vurub.

Stavridisin fikrincə, bundan qaçmaq üçün təkcə hərbçilər deyil, həkimlər, yanğınsöndürənlər, polis və diplomatlar, gənclər və könüllülər də dövlət qarşısında xidmətlərinə görə mükafatlandırılmalıdırlar.

Bundan başqa, keçmiş baş komandan deyir ki, təhsil sistemini dəyişmək və məktəblilərin internet savadlılığı və vətəndaş şüuru üzərində işləmək, daha sərfəli icma kollecləri yaratmaq lazımdır.

Qeyd edək ki, keçmiş hərbçiAmerika seçki sisteminin də islahatlara ehtiyacı olduğunu bildirib.

O, praymerizlərin təkcə partiya üzvlərinə deyil, daha geniş seçici dairəsinə açılmasını təklif edir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
125
1
sia.az

8Источники