RU

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Cari ilin birinci rübündə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 8,9 milyard dollar ekvivalentində olub.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 81 faizi ABŞ dollarında, 19 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28 faizi banklararası valyuta bazarında (BVB), 72 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat dövründə BVB-də əməliyyatların həcmi 2,5 milyard dollar (ARDNF-nin və AMB-nin əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 97,3 faizi ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
133
3
publika.az

4Источники