RU

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

Roma, 18 may, AZƏRTAC

İtaliyanın paytaxtı Romada faşist diktator Benito Mussolini üçün İkinci Dünya Müharibəsi vaxtı tikilən sığınacaq bərpa edilərək ziyarətçilərin ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, Mussolininin bir vaxtlar yaşadığı lüks villanın altında tikdirdiyi, lakin heç vaxt istifadə edə bilmədiyi sığınacaqda uzun müddətdir aparılan bərpa işləri tamamlanıb. Turistlər artıq iqamətgahdakı sığınacaqları ziyarət edə bilirlər. Burada Mussolini və ailəsinin villada çəkilmiş fotoşəkilləri sərgilənir. Həmçinin 1943-1944-cü illərdə Romadakı bombardmanların təsvirləri divarlarda proyeksiya olunub.

Qeyd edək ki, villa 1922-1943-cü illərdə İtaliyanı idarə edən Benito Mussolininin istəyi ilə inşa olunub və o, ailəsi ilə 1925-1943-cü illərdə burada yaşayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
99
3
azertag.az

4Источники