RU

Digər ölkələrBişkekin mərkəzinə toplaşan etirazçılar dağılışmağa razılaşıblar - YENİLƏNİB

Qırğızıstanın paytaxtı Bişkekin Daxili İşlər Baş İdarəsinin rəisi Əzəmət Toktonəliyev şəhərin mərkəzində izdihamla danışıqlar aparıb.

“Report” bu barədə “24.kg” agentliyinə istinadən xəbər verir.

Danışıqlardan sonra bəzi şəxslərin evlərinə getməyi razılıq verdiyi qeyd edilir. Qeyd edilir ki, ümumiyyətlə, danışıq sakit ab-havada keçib.

Bundan əvvəl agentlik məlumat vermişdi ki, Bişkekin mərkəzində daxili qoşunların bölmələri insanların toplaşdığı küçəni mühasirəyə alıb. Əraziyə su şırnaqları gətirilmişdi. Hosteldə baş verən qarşıdurmadan sonra mərkəzə çoxlu sayda insan toplaşmışdı. Daxili qoşunlar küçəni mühasirəyə almışdı. Agentliyin məlumatına görə, təhlükəsizlik qüvvələri Çuyski prospekti ilə 7 Aprel küçəsinin kəsişməsində dayanmışdı. Etirazçılar kütləvi davada iştirak edənlərə ədalət tələb edir.

Daha sonra Qırğızıstanın Daxili İşlər Nazirliyi Bişkekin mərkəzində vəziyyətin sabitləşdiyini bəyan edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları küçə patrulları təşkil edib, əhali arasında maarifləndirmə işləri aparır.

Xatırladaq ki, etirazlara səbəb əcnəbilərlə yerli sakinlər arasında kütləvi dava olmuşdu. Agentlik davada iştirak edən əcnəbilərinin üzr videosunu da yayıb.

03:30

Qırğızıstanda daxili qoşunların bölmələri hosteldə münaqişədən sonra insanların toplaşdığı Bişkekin mərkəzindəki küçəni mühasirəyə alıb və əraziyə su şırnaqları gətirilib.

“Report” xəbər verir ki, bu barədə “24.kg” agentliyi məlumat yayıb.

Məlumata görə, şimal istiqamətində mühasirəyə alınan Çuyski prospekti ilə 7 Aprel küçəsinin kəsişməsində təhlükəsizlik qüvvələri dayanıb. Eyni zamanda hosteldə baş verən davadan sonra ora gələn minə yaxın insan kordonun arxasına toplaşıb.

Yayılan videogörüntülərdən görünür ki, avtomobillər yolda maneəsiz hərəkət edir.

“AKI press” agentliyinin məlumatına görə, Kurmancan Datki küçəsi ilə şimala doğru hərəkət bağlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
1
far.az

2Источники