RU

RegionTürkiyə Əfqanıstanda daşqından zərər çəkənlərə  yardım edib

Türkiyə Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətinin daşqından zərər çəkmiş sakinlərinə humanitar yardım göndərib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Kabildəki səfirliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"Ölkəmizin daşqından zərər çəkmiş əfqan qardaşlarımız üçün hazırladığı humanitar yardım təyyarəsi bu gün Məzari-Şərif hava limanına enib. Əfqanıstan səlahiyyətlilərinə əməkdaşlığa görə minnətdarıq", - paylaşımda bildirilir.

Qeyd olunur ki, Ankara humanitar yardımın olduğu qatarı göndərməklə yardım səylərini davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
134
4
far.az

9Источники