RU

Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var

Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib, bir neçə hərbçi xəsarət alıb.

Ednews xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, hadisə akademiyanın zirzəmilərdən birinin təmizlənməsi zamanı baş verib. Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilir.

Hadisəyə səbəb İkinci Dünya Müharibəsi dövründən qalmış 76 mm-lik döyüş sursatının partlaması olub. Leninqrad Hərbi Dairəsi komandanlığının nümayəndələri hadisənin başvermə səbəbini və şəraitini aydınlaşdırmaq üçün ərazidədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
178
10
ednews.net

10Источники