RU

Stomatoloq idi: Hazırda 10 dəqiqəyə min dollar qazanır - FOTOlar

Tarix: 18 May 2024 04:06

Avstraliyanın Kvinslend şəhərində diş həkimi işləyən Şarna Bekman bir müddət əvvəl karyerasında dəyişiklik edib.
Milli.az publika.az-a istinadən xəbər verir ki, bir neçə il əvvəl ailə quran və İnstaqramda on minlərlə izləyicisi olan Bekman virtual sevgililəri sayəsində 10 dəqiqəyə 1000 dollar qazanır.
Həyat yoldaşının əvvəlcə bu işi rədd etdiyini, sonra isə etiraz etmədiyini bildirən Bekman sonradan ərinin də ona dəstək verdiyini bildirib.
Şarna virtual sevgililəri ilə söhbətlərinin də normal sevgililərindən heç bir fərqi olmadığını, yalnız bu kişilərlə real həyatda görüşmədiyini qeyd edib.
Sosial mediadan qazandığı pullarla real həyatda olan sevgilisi ilə dəbdəbəli həyat sürdüyünü deyən qadının həyatı böyük müzakirələrə səbəb olub. O həmçinin bildirir ki, əri ilə münasibətlərini möhkəm saxlamaq üçün onunla tez-tez vaxt keçirir:
"Bir-birimizin yanında olduğumuz müddətcə problem yoxdur, onunla ən yaxın dost və tərəfdaş kimi danışa bilirik".
Orta təbəqə həyatı yaşayan Bekman hazırda qazandığı yüz min dollarlarla dünyanı gəzir və bu səfərlərdən də pul qazanmağa davam edir.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
3
sonxeber.net

4Источники