RU

Daşkəsəndə ildırım çaxır, güclü yağış yağır

Qərb bölgəsində yağan dolu və güclü yağış Daşkəsən rayonunda bir sıra fəsadlar törədib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yağıntılı hava səbəbindən Daşkəsən şəhərinin və rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsində problemlər yaranıb. 

Güclü yağış nəticəsində Gəncə-Daşkəsən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb. Hazırda ildırım çaxması və güclü yağış hələ də davam edir.
Yağıntılının havanın törətdiyi başqa fəsadlar aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
22
bizim.media

10Источники