RU

NƏHAYƏT: “Mona Liza”nın sirri açıldı

Leonardo da Vinçinin “Mona Liza” əsərində təsvir olunan mənzərə müzakirələrə səbəb olub.

Bəzi sənət tarixçiləri bu mənzərənin xəyali və ideallaşdırılmış olduğunu, digərləri isə bunun İtaliyadakı xüsusi yerlərlə əlaqəli olduğunu iddia edirlər.

“Cebhe.info” xəbər verir ki, bu barədə “The Observer” yazır.

İndi geoloq və intibah dövrünün sənət tarixçisi Anne Pizzorusso dünyanın ən məşhur rəsmlərindən birinin sirrini açdığını deyir. Pizzorusso iki sahədə biliklərini birləşdirdi və Leonardonun İtaliyanın şimalındakı Lombardiya bölgəsindəki Komo gölünün sahilində yerləşən Lecco şəhərində bir neçə tanınan yeri təsvir etməsini təklif edib.

Mütəxəssis Mona Lizadakı körpünü, dağ silsiləsi və gölü 14-cü əsrdə Lekkoda tikilmiş Azzon Viskonti körpüsü, ətraf ərazilərə baxan cənub-qərb Alp dağları və Leonardonun 500 il əvvəl ziyarət etdiyi bilinən Qarlat gölü ilə müqayisə edib.

O qeyd edib ki, Leccodakı qayalar əhəngdaşıdır və Leonardonun qayalarını boz və ağ rəngdə təsvir edib: "Bu, idealdır, çünki orada olan daş növü belədir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
1
cebheinfo.az

2Источники