RU

Ərdoğan ABŞ-yə səfərinin ləğvini izah etdi: "Baydenin iş qrafiki..."

"Bildiyiniz kimi, Birləşmiş Ştatlar seçki ərəfəsindədir və cənab Baydenin iş qrafiki daha da sıxlaşıb. Belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda baş verir. Hazırda münasib tarix müzakirə olunur".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın “Katimerini” qəzetinə müsahibəsində ABŞ-a səfərinin ləğv edilməsini aydınlıq gətirərkən deyib.

Türkiyə lideri həmçinin vurğulayıb ki, Ankara Türkiyə ilə Yunanıstan münasibətlərində ABŞ-nin siyasi balansının qorunmasının tərəfdarıdır.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
teleqraf.com

1Источники