Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Mats Hummels UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
"Report" xəbər verir ki, 35 yaşlı müdafiəçi PSJ ilə keçirilən yarımfinal mərhələsinin cavab matçında vurduğu qolla komandasına qələbə qazandırıb
O, bu mübarizədə İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Vinisius Junioru arxada qoyub.
Qeyd edək ki, "Borussiya"nın finalda "Kral klubu" ilə qarşılaşacaq.