RU

AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi - Video - ARENA.AZ

Bu gün “OneRepublic”, “Meduza” və “Leony” musiqi kollektivlərindən qarşıdakı Avropa çempionatının (AÇ-2024) rəsmi mahnısı təqdim edilib.

Arena.az xatırladır ki, futbol üzrə növbəti Avropa çempionatı bu il Almaniyada baş tutacaq.

Yarış iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qruplarda 1-ci və 2-ci yerləri tutmuş komandalar, həmçinin üçüncü yeri tutmuş 4 ən yaxşı komanda 1/8 finala yüksələcək. Yarışın ələmə oyunları olimpiya sistemi üzrə, uduzmuş komandaların yarışdan kənarlaşdırılması ilə keçiriləcək.

Bundan əvvəl məlum olub ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) AÇ-2024-də iştirak edəcək komandaların iştirak ərizəsinə daxil olan futbolçuların sayını 23-dən 26-ya qədər genişləndirildiyini rəsmən elan edib. Komandalar iyunun 7-dən gec olmayaraq müfaiq iştirak heyətini təqdim etməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
arena.az

1Источники