Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaqla məhdudlaşmamalıdırlar.
Missiya.Az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Almatıda azərbaycanlı və qazaxıstanlı həmkarları ilə görüşündə deyib .
"Biz daha da irəli gedə bilərik - regionda bütün nəqliyyat kommunikasiyalarını blokdan çıxara bilərik", - deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib.
Leyla SƏMƏNDƏR
Missiya.Az