Müəllif: Tamara Mustafayeva, Banco.az
“Mastercard”ın Çində yuan depozitləri ilə debet və kredit kartı əməliyyatlarına başladığı bildirilib.
Banco.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın ödəniş sistemi şirkəti “Mastercard”ın Çində “NetsUnion” ilə tərəfdaşlığı rəsmi olaraq fəaliyyətə başlayıb.
Xatırladaq ki, şirkət 3 illik müraciət prosesindən sonra 2023-cü ilin noyabrında Çin Mərkəzi Bankı və Milli Maliyyə Tənzimləmə Administrasiyasından əməliyyat lisenziyası almışdı.
“Mastercard”a verilən lisenziya Çinin ödəniş sistemləri bazarının xarici rəqabətə açılması istiqamətində bir addım kimi qiymətləndirilir.