Fransanın paytaxtı Parisdə baş verən atışma nəticəsində iki polis yaralanıb.
“Report”un xəbərinə görə, bu barədə BFM TV telekanalı məlumat yayıb.
Məlumatına görə, hadisə Parisin 13-cü dairəsində, polis bölməsində baş verib.
“Parisien” qəzeti isə bildirib ki, Parisdə saxlanılan cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşının tapançasını götürüb və onlardan ikisini yaralayıb.
Qeyd edilir ki, yaralıların vəziyyəti ağırdır.
Hadisənin digər təfərrüatları açıqlanmır.